Gundemxeber.az » Ölkə » Cəmiyyət » ABŞ-də prezident seçkisinin nəticələri dolların məzənnəsinə necə təsir edəcək?
ABŞ-də qarşıdan gələn prezident seçkisində Donald Trampın mümkün qələbəsi dolların möhkəmlənməsinə, eyni zamanda vergilərin azaldılması və idxal xərclərinin artması ABŞ-də inflyasiyanın yüksəlməsinə səbəb ola bilər.
Belə proqnozlar maliyyə məsləhətləşmələri üzrə ixtisaslaşmış "Ebury" şirkətinin iqtisadi təhlilində yer alıb.
Hesablamalara görə, D.Trampın seçilməsi ilə iqtisadi artım qısa müddətdə daha yüksək ola bilər, lakin uzunmüddətli perspektivdə bu, xarici siyasət amilləri fonunda qeyri-müəyyəndir.
Kamala Harrisin seçilməsi, şirkətin hesablamalarına görə, müəyyən status-kvonu saxlamağa imkan verəcək. Bunun fonunda zəif valyutalar güclənəcək, ABŞ dolları isə zəifləyəcək.
Şirkətin analitikləri bildirirlər ki, seçkinin nəticəsi Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin kimi həlledici ştatlarda müəyyənləşəcək. Qeyd olunur ki, hazırda D.Trampən onlardan altısında, K.Harrisin isə birində üstünlüyü var.
GUNDEMXEBER.AZ
4-11-2024, 20:21
22-05-2017, 23:41
1-11-2024, 15:43
8-04-2015, 16:32
5-11-2020, 17:41
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?