GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Səmədağa Ağamalıoğlu: Bir sosialistin mübarizə dosyesi

Səmədağa Ağamalıoğlu: Bir sosialistin mübarizə dosyesi

Tarix: 2-01-2025, 11:00 Bölmə :Cəmiyyət Baxış: 490


I hissə


Doğumu, təhsili və menşevizm siyasi dünyagörüşünün formalaşması

Dekabrın 27-də Azərbaycanın görkəmli ictimai, siyasi xadimlərindən biri, maarifçilik hərəkatının avanqardlarından olan və məmləkətdə fəhlə-kəndlilərin hüquqları üçün çarpışan Səmədağa Ağamalıoğlunun anadan olmasından 157 il keçdi. Latın qrafikalı əlifbaya keçid, qadın-kişi hüquq bərabərliyi, çadradan imtina və torpaqların kəndlilərə paylanılması Ağamalıoğlunun adı ilə bağlıdır. O, Azərbaycan sosializm tarixində adının qızıl hərflərlə həkk tarixi şəxsiyyətlərimizdəndir. Həmçinin bu görkəmli tarixi fiqurumuz Şərqdə “Mədəni inqilabın banisi” də hesab olunur. Təəssüflər olsun ki, bu alovlu maarifçi, inqilabçımız haqqında məlumatlar çox azdır. Ona görə də həm onun bioqrafıyası, həm də ictimai, siyasi dünyagörüşü haqqında yazmaq qərarına gəldim.

Səmədağa Ağamalıoğlu 27 dekabr 1867-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olub. Gənc Səmədağa ibtidai təhsilini molla yanında alsa da, tədris müddəti zamanı mollaxanada gördüyü cəza tədbirləri və mollanın fələqqə gücünə (orta əsrlərdən qalma cəza növü) Quran əzbərlətməsi onda böyük ikrah hissi doğurmuşdur. Bu hadisə gələcəkdə Ağamalıoğlunun dini dünyagörüşünün formalaşmasında önəm kəsb etmişdir. 1876-cı ildə dayısının köməyi ilə hərbi məktəbə qəbul edilən Ağamalıoğlu burada öz təhsilini davam etdirmək qismət olmadığı üçün, o, bir müddət ikisinifli kənd məktəbinə daxil olur. Sonra isə Gəncə gimnaziyasının hazırlıq sinfinə daxil olur.

1878-ci ildə ilin payızında Ağamalıoğlu Vladimirsk hərbi progimnaziyasına daxil olur. Progimnaziyanın ictimai həyatına qaynayıb-qarışan həmyerlimiz öz hazırcavablığı, biliyi və əməksevərliyi ilə tezliklə şagirdlər arasında hörmət qazanır. O təhsil aldığı müddətdə görkəmli rus və dünya yazıçılarının və alimlərinin əsərləri ilə yaxından tanış olur. Rus inqilabçı demokratlarının – Belinski, Çernişevski, Dobrolyubov, Saltıkov-Şedrin və başqalarının ədəbi irsi ilə təsirlənərək ictimai-siyasi dünyagörüşünün formalaşmasında önəmli faktorlardan biri olur. Ağamalıoğlunun dünyagörüşünün formalaşmasında inqilabçı “xalqçı”larında böyük təsiri olur (Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlu (Bioqrafik oçerk)” Azərnəşr, 1966 s.4).

Ağamalıoğlu 1887-ci ildə Vladimirsk hərbi progimnaziyasını bitirərək yerölçən ixtisasını alır. O, 1912-ci ilə kimi İrəvan və Yelizavetpol quberniyalarında, qismən Tiflisdə və Bakıda yerölçən vəzifəsində çalışır.

Ağamalıoğlunun dünyagörüşünün formalaşmasında təhsili ilə yanaşı dövrün ictimai-siyasi şəraiti də mühüm rol oynayırdı. Məhz hər bir dövrdə baş verən olaylar, fikirlərin qarşıdurması, inqilabi düşüncələrin populyarlaşması qiymətlədirməklə bizə tarixi şəxsiyyətlərin psixoloji portretlərini çəkməyimizdə yardımçı olur. Qeyd etmək lazımdır ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda feodal-patriarxal qalıqları, feodal torpaq sahibliyi, geridəqalmış təsərrüfat formaları mövcud idi. Buna baxmayaraq Rusiya kapitalizminin təsiri altında ölkə kapitalist istehsalına daha çox cəlb olunmaqda idi. XIX əsrin 80-90-cı illərində Azərbaycan kənd təsərrüfatının xüsusilə pambıqçılıq, ipəkçilik, üzümçülük və s. kimi bilavasitə Rusiya fabriklərinin tələblərinə uyğun olan sahələri daha sürətlə inkişaf edir, kənd təsərrüfatının əmtəə istehsalı artır və bu tədricən əmtəə-kapitalist istehsalı dərəcəsinə qədər yüksəlirdi. Beləliklə, Azərbaycanın çox hissəsi, o cümlədən də kəndlərimiz kapitalizm inkişafı mərhələsinə keçməmişdi. Onun çox hissəsi yarımpatriarxal-yarımfeodal məişətdən uzaqlaşmamışdı.

XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən sənaye böhranı Azərbaycan fəhlələrinin onsuzda ağır olan vəziyyətini daha da pisləşdirirdi. Fəhlələr kütləvi surətdə müəssisələrdən kənarlaşdırılır, işsizlik artır, əməkhaqqı azalırdı. Fəhlələrin vəziyyəti kimi, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan kəndlisinin də vəziyyəti acınacaqlı idi. Azərbaycanda on minlərlə kəndli aztorpaqlı və torpaqsız olduğu halda, bəylər və mülkədarların ixtiyarında çoxlu miqdarda yararlı torpaq sahələri vardı. Məsələn, Yelizavetpol qəzasında Şahmalıyevlər, Zülqədərovlar, Adıgözəlovlar, Şamxorskilər və Məlik-Mirzoyevlərin hər birinin 20 min desyatindən 70 minə qədər torpaq sahələri var idi (“Azərbaycan tarixi” üç cilddə ikinci cild. Bakı-1964 s.199). 1901-ci ilə qədər Qafqazda vergilərin əksəriyyətini kənd əhalisi verirdi. Kəndlilər 10 milyon desyatin torpaqdan müxtəlif adla 5.570000 manat verdikləri halda, xüsusi sahibkarlar 5 milyon desyatin torpaqdan heç bir dövlət vergisi vermirdilər (Ц. П. Агаян. “Крестьянская реформа в Азербайджане”. АН Азерб. ССР, Ин-т. Ист, 1956 s.152). Azərbaycan kəndlisinin və fəhləsinin acınacaqlı durumu sosialist ideyalardan təsirlənən Ağamalıoğlunun dünya görüşünə təsirsiz ötüşməyə bilməzdi. Onun ictimai-siyasi və fəlsəfi dünya görüşü məhz belə şəraitdə formalaşmışdı.

Səmədağa Ağamalıoğlu 1896-cı ildə Bakıya gəlib neft sahibkarı Ter-Arutyunovun mədənində rəis müavini təyin edilir. Lakin burada o, iş gününü qısaltmaq, əmək haqqını artırmaq, fəhlələrin həyat və şəraitini yaxşılaşdırmaq ilə bağlı fikirlərinə görə mədəndən kənarlaşdırılır. Bu dövrdə o, Bakıda olarkən Nəriman Nərimanovla görüşür və yenə Yelizavetpolda yerölçən vəzifəsinə qayıdır (Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlu (Bioqrafik oçerk)” Azərnəşr, 1966 s.5). Fikir və düşüncələrinin püxtələşməsini, siyasi mübarizəyə başlamasının səbəblərini xalqa daha yaxın olmasında görən Səmədağa Ağamalıoğlu 1905-ci ildə yerölçən vəzifəsində çalışdığı Gəncədə “Hümmət” sosial-demokrat təşkilatına qoşulur.

Ağamalıoğlu özü ağa-bəy sinfi zümrəsindən olsa da, başa düşürdü ki, Zaqafqaziya əhalisinin əksəriyyətini təşkil edən kəndlilərin vəziyyəti çox pisdir. Kəndlilər bir tərəfdən yerli bəy və mülkədarların, digər tərəfdən də çar məmurlarının dözülməz zülmü altında inildəyir və ağır istismara məruz qalırdılar. Zəmanəsinin mədəni və ədalətli adamı olan Ağamalıoğlu da kasıbları özü ilə bərabər səviyyədə tutan insan idi. O, varlı mülkədar və ağa təbəqəsinə mənsub olsa da, heç bir kəndlini incitməmiş və hamının yaxşı yaşamaq haqqının olduğunu düşünmüşdür. Nəhayət, 1905-ci ildə o, ata-babadan qalan bütün varidatını - yüzlərlə iri və xırdabuynuzlu heyvan sürülərini, at ilxılarını, on kiloqramlarla qızıl və daş-qaş dolu küpələrini, yüz hektarlarla torpaq sahələrini, xidmətçilərinə paylayaraq ağalıqdan imtina etmişdir. Bu, o zaman varlılar tərəfindən ağılsızlıq, yoxsullar tərəfindən görülməmiş alicənablıqla qiymətləndirilmişdi (Salatın Əhmədova “Böyük ömrün salnaməsi” Bakı-2018 s.14; V. İlyasov. AXC parlamentinin Sosialist fraksiyasının üzvü. “İki sahil”, 19 aprel 2018-ci il). Ağamalıoğlunun kəndlilərə, yoxsullara sərgilədiyi bərabər və mehriban münasibət onun ruhən müstəqil, azad vətəndaş kimi formalaşması, sosialist ideyalarından təsirlənməsi və yaşadığı dövrdə gördüyü haqsızlıqlar ilə istismarla bağlı idi. Lakin qeyd etmək lazımdır ki, bu dövrdə Ağamalıoğlunun düşüncələri hələ də tam olaraq bir marksist kimi formalaşmamışdı. Ağamalıoğlunun dini dünyagörüşündə “ateizm” ön plana çıxsa da sinif və sinfi mübarizə, dövlət hakimiyyəti, fəhlə hərəkatı və bir çox mühüm məsələləri hələ dərk edə bilməmişdi. Onun ictimai-siyasi görüşlərində olduğu kimi fəlsəfi görüşlərində də ziddiyətlər var idi.

Rus–yapon müharibəsi başlayan zaman Ağamalıoğlu qəti və fəal surətdə mütləqiyyətin devrilməsi mövqeyində dayanır. 1905-ci ildə çarizmin müstəmləkə siyasəti, həmçinin erməni və azərbaycanlı burjua sinfi arasında rəqabətdən doğan hər iki xalqın münaqişəsi zamanı Ağamalıoğlu kəndliləri bu qırğınlara qarşı mübarizəyə çağırırdı. Bununla belə o, müxalifətdə olan müxtəlif təşkilatların əsil mahiyyəti, məqsəd və vəzifələri arasındakı fərqləri hələ də aydın təsəvvür edə bilmirdi. Ağamalıoğlu çar mütləqiyyətini devirməkdə, ədalətli ictimai quruluş yaratmaqda kəndlilərin aqrar hərəkatına bel bağlayırdı (Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlu (Bioqrafik oçerk)” Azərnəşr, 1966 s.5).

Səmədağa Ağamalıoğlunun kəndlilər arasında bəylərə və qolçomaqlara qarşı birləşməklə bağlı təbliğat yayması 1906-cı ildə qolçomaqlar Ağamalıoğlu ilə bağlı cəza dəstəsinin komandirinə məlumat verirlər. Komandirə verdikləri məlumatda qolçomaqlar Ağamalıoğlunun çarizmin düşməni olduğu və kəndliləri qiyama hazırladığını bildirirdilər. Lakin cəza dəstəsinin komandiri progimnaziyada oxuyarkən Ağamalıoğlunun sinif yoldaşı olduğundan və inqilaba rəğbət bəslədiyindən qolçomaqların sözünə əhəmiyyət vermir. Az sonra Ağamalıoğlu yenə Yelizavetpola getməli olur və 1917-ci ilin yayına kimi burada işləyir, kəndlilər arasında mədəni-maarif işi aparır (Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlunun ictimai-siyasi və ateist görüşləri” Azərnəşr, 1968 s.13)

1917-ci ilin fevralında Rusiyada çarın devrilməsi ilə baş verən inqilabdan sonra yeni siyasi şərait yaranır, gizli fəaliyyət yolu seçməyə məcbur olan siyasi partiyalar açıq fəaliyyət göstərməyə başlayır. Məhz bu dövrlərdə Gəncənin mərkəzində sosial-demokrat “Hümmət” təşkilatı da fəal iş aparır, fəhlə və kəndlilərin hüquqlarının qorunması istiqamətində çalışır. 1917-ci ilin martında “Hümmət”in bir çox üzvü təcili konfrans keçirib, təşkilatı RSDF(b)P-nın Bakı komitəsinə birləşdirmək haqda qərar çıxarır. Lakin təşkilatın tarixi-siyasi ənənələri olduğunu və müsəlman kütlələrinin psixologiyasını nəzərə alaraq səs çoxluğu ilə partiya təşkilatı RSDF (b)P ilə birləşsə də, “Hümmət” adı saxlanılır, təşkilatın müvəqqəti komitəsi yaradılır. 1917-ci il iyunun 16-da Nəriman Nərimanov başda olmaqla “Hümmət” daimi şəhər komitəsi seçilir. Lakin Müsavatın sovet federasiyasından kənar nəzərdə tutduğu “Azərbaycan muxtariyyəti” ideyasının getdikcə güclənməsindən ehtiyat edən Bakı bolşeviklərinin təzyiqi nəticəsində “Hümmət” parçalanır. Sol qanadı təşkil edən “Hümmətçi”lər bolşeviklərlə sıx əlaqə saxlayır, sağ qanadın təmsilçiləri isə menşevik “Hümmət”çilərdən və onun liderləri Səmədağa Ağamalıoğlu, İbrahim Əbilov, Əhməd Pepinovla əməkdaşlıq edirdilər (Salatın Əhmədova “Böyük ömrün salnaməsi” Bakı-2018 s.20). Bu dövrdə Tiflis menşevik “Hümmət” təşkilatının görkəmli xadimlərindən biri olan Ağamalıoğlu müharibə, sülh və inqilab məsələlərində menşevizm mövqeyində dururdu. Buna baxmayaraq bolşeviklər menşeviklərdən təşkilati baxımdan birdəfəlik ayrılmaq xəttini götürdülər. İyunun ortalarında RSDF(b)P-nin Qafqaz Ölkə Komitəsi Bakı bolşeviklərindən menşeviklərlə bütün təşkilati əlaqələri kəsməyi qəti şəkildə tələb etdi. Nəticədə Bakı bolşeviklərinin 1917-ci il iyunun 25-də keçirilən rayonlararası konfransı, bolşeviklərlə menşeviklər arasında “müasir həyatın bütün məsələlərinə münasibətdə fikir ayrılıqlarının dərin və barışmaz xarakter daşıdığını” nəzərə alaraq, bundan sonra onların “eyni təşkilatın tərkibində birgə fəaliyyətini” mümkünsüz saydı. Konfransın bu qərarı Bakı bolşeviklərinin təşkilati baxımdan menşeviklərdən birdəfəlik ayrılmasına gətirib çıxardı. Bakı bolşeviklərdən Tiflis menşeviklərindən ayrılmasında onların siyasi görüşlərindəki diskurs fərqləri mühüm rol oynayırdı. Mövzudan uzaqlaşmadan bolşeviklər və menşeviklər arasındakı diskurs fərqlərinin qısa xülasəsinə toxunmağı vacib hesab edirəm. Menşeviklər çarizmə qarşı tutduğu mübarizə yolunda çarlığı devirmək, yerinə respublika idarəsini qurmağın tərəfdarı olub sosializmə inqilab yolu ilə deyil, kapitalizm quruluşu içərisində təkamül yolu ilə keçməyin tərəfdarı idilər. Bu məqsədlə onlar (menşeviklər – red. Əli Novruzov) çar rejiminin əleyhinə olan liberal və digər anti-sosialist partiyalarla da koalisiyaya girməyi vacib bilirdilər. Bolşeviklər isə menşeviklərə tamamilə zidd siyasət yeridərək burjua partiyaları ilə koalisiyanın əleyhinə idilər. Bununla yanaşı bolşeviklər çarlıq rejimi ilə bərabər kapitalist quruluşu da devirməkdə qərarlı idilər. Bolşeviklərin bu mövqeyi yuxarıdan inqilab adlanırdı. Yeri gəlmişkən bolşeviklərlə menşeviklərin siyasi dünyagörüşlərindəki diskurs fərqlilikləri 1-ci Dünya savaşında da özünü göstərdi. Menşeviklər müharibədə Rusiyanı dəstəklədikləri halda, bolşeviklər “imperialist müharibə”ni vətəndaş müharibəsinə çevirməkdə qərarlı idilər (A.Ascher “Rus devriminde menşevikler” Metis yayınları-1992 s.33).

Nəriman Nərimanovun rəhbərlik etdiyi Bakı “Hümmət”çilərindən fərqli olaraq Səmədağa Ağamalıoğlunun rəhbərlik etdiyi Tiflis “Hümmət”çilərinin 1917-ci ilin noyabrında Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak etməsi də Bakı bolşeviklərindən fərqli olaraq Tiflis menşeviklərinin liberal və digər anti-sosialist yönümlü siyasi partiyalarla koalisiyaya girmək niyyəti ilə əlaqəli idi. Bu seçkilər zamanı Tiflis “Hümmətçi”ləri 84 min 748 səs qazanaraq parlamentdə 4 nəfərlik təmsilçilik hüququ əldə etmişdilər. Lakin Rusiyada baş verən bolşevik çevrilişindən sonra yeni bolşevik hakimiyyəti menşevikləri özləri üçün “siyasi düşmən” hesab etdiklərinə görə Tiflis menşevikləri Zaqafqaziya Seymində birləşməli olurlar. Beləliklə, sosial-demokrat “Hümmət” firqəsindən Səmədağa Ağamalıoğlu Seymin müsəlman fraksiyasına üzv olur.

Parlament üzvü kimi Seymdə fəal iştirak edən Ağamalıoğlu Zaqafqaziyanın müstəqilliyinin tərəfdarı kimi çıxış edirdi: “Demokratiyanın mənafeyi üçün biz Zaqafqaziyanın müstəqilliyinin tərəfində dururur. Bizim başlıca məqsədimiz müstəqillikdir” (Salatın Əhmədova “Böyük ömrün salnaməsi” Bakı-2018 s.20).

Ardı var...

İstifadə olunan ədəbiyyat

Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlu (Bioqrafik oçerk)” Azərnəşr, 1966 

Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlunun ictimai-siyasi və ateist görüşləri” Azərnəşr, 1968

Azərbaycan tarixi” üç cilddə ikinci cild. Bakı-1964

Ц. П. Агаян. “Крестьянская реформа в Азербайджане”. АН Азерб. ССР, Ин-т. Ист, 1956

A.Ascher “Rus devriminde menşevikler” Metis yayınları-1992

Salatın Əhmədova “Böyük ömrün salnaməsi” Bakı-2018 

ƏLİ NOVRUZOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhəmməd Əmin Rəsulzadənin vəfatından 64 il ötür

    Məhəmməd Əmin Rəsulzadənin vəfatından 64 il ötür ...

    6-03-2019, 12:27

  • 
  • Bu gün "Azərbaycan əlifbası" günüdür

    Bu gün "Azərbaycan əlifbası" günüdür ...

    1-08-2013, 12:33

  • 
  • Məhəmməd Əmin Rəsulzadənin vəfatından 65 il ötür

    Məhəmməd Əmin Rəsulzadənin vəfatından 65 il ötür ...

    6-03-2020, 11:34

  • 
  • Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

    Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür ...

    31-01-2018, 00:36

  • 
  • Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir kadrlar - VİDEO

    Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir ...

    6-03-2019, 21:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (460)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu