GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması

Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması

Tarix: 16-01-2025, 23:47 Bölmə :Cəmiyyət Baxış: 243

Çeçenistan ərazisində vurularaq zədələnən, Qazaxstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin “qara qutu”ları Braziliyadan Qazaxıstana aparılıb. Bu barədə məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, “qara qutu”lar qəza ilə bağlı yekun rəyin verilməsi üçün hadisənin səbəblərini araşdıran komissiyaya təhvil verilib.

“Qara qutu”lar Qazaxıstana təhvil veriləndən sonra Britaniya təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Braziliya, Azərbaycan və Qazaxıstanı dəstəklədiyini açıqlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya parlamentinin Mühafizəkarlar Partiyasının üzvü Vendi Mortonun “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə bağlı Britaniya hökumətinə ünvanladığı sualın cavabında bildirilib. Sualda Britaniyanın qəza ilə bağlı beynəlxalq araşdırmanın potensial mahiyyətini necə qiymətləndirdiyi soruşulub. Suala cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Douti bu hadisədə həlak olanların ailələrinə başsağlığı ifadə edib. O qeyd edib ki, Britaniya rəsmiləri Azərbaycan və Qazaxıstan rəsmiləri ilə bu məsələyə dair sıx təmaslarını davam etdirir.

“Qara qutu”ların qəzanı araşdıran komissiyaya verilməsi ərəfəsində Rusiya Xarici İşlər Nazirliyi qəribə məlumat açıqlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi illik mətbuat konfransında Moskva və Bakının istənilən məsələləri həll edə biləcəyini, buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını, Azərbaycan təyyarəsinin qəzaya uğramasını göstərib. Sergey Lavrov jurnalistləri AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb. O, həmin məlumatların “qara qutu”ların məlumatları ilə faktiki olaraq təsdiqini tapmadığını söyləyib. Sergey Lavrov bildirib ki, Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib. Onun sözlərinə görə, təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir. Sergey Lavrov Azərbaycan tərəfinin təyyarə qəzasının araşdırılmasında Rusiya tərəfinin iştirakını dəstəkləməsini Moskvanın qiymətləndirdiyini əlavə edib.

Rusiya XİN rəhbərinin bu açıqlamasının arxasında hansı məqsədlər dayanır? Hansı fərqli məlumatlardan söhbət gedə bilər? Rusiya ampluasına sadiq qalaraq, izi azdırmağa çalışır, yoxsa fərqli məlumatlar həqiqətən aşkara çıxa bilər?

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, həqiqət birdir və ondan ibarətdir ki, Azərbaycan Hava Yollarına məxsus mülki təyyarə beynəlxalq hava limanına enəndə Rusiyaya məxsus “Pantsir”lə vurulub: “Bütün faktlar göstərir ki, təyyarə vurulub və bu səbəbdən qəzaya uğrayıb. Rusiya isə bu həqiqəti qəbul etməkdən yayınmağa çalışır. Bir tərəfdən də deyirlər ki, guya həmin vaxt havadan təhlükə olduğundan "Kovyor" əməliyyatı həyata keçirilib. Əgər “Kovyor” əməliyyatı elan olunmuşdusa, hava məkanı bağlanmalı, despetçerlər AZAL-a məxsus təyyarənin pilotlarına bu barədə məlumat verməli idilər ki, təyyarə təhlükəli zonaya daxil olmasın. Rusiya tərəfi isə bunu etməyib, təyyarə pilotuna “Kovyor” əməliyyatı barədə məlumat verməyib. Sergey Lavrovun açıqlaması reallıqla uzlaşmır. Həqiqət birdir - AZAL-a məxsus təyyarə vurulub! Həqiqət birdir ki, təyyarə Rusiyanın hava məkanında vurulub. Həqiqət budur ki, vurulmuş təyyarəmizin Rusiya ərazisində olan və Qroznı hava limanı yaxınlığındakı hava limanlarına enmək icazəsi verilməyib. Həqiqət budur ki, Rusiya özü etiraf edir ki, Qroznıda Azərbaycan təyyarəsi vurulmazdan 10 dəqiqə öncə Dağıstan, Mahaçqala təyyarə qəbul edib, təyyarə havaya qalxıb. Əgər “Kovyor” əməliyyatı həyata keçirilirdisə, niyə bu barədə Azərbaycan tərəfinə məlumat verilməyib? Sergey Lavrov yaxşı olardı ki, bu suallara aydınlıq gətirsin".

Hərbi ekspert deyib ki, Rusiya tərəfi vurulmuş mülki təyyarəyə görə kompensasiya ödəməlidir: “Bu haqda danışsınlar. Azərbaycan təyyarəsi Rusiya ərazisində vurulub və Rusiya beynəlxalq qanunlara görə kompensasiya ödəməlidir. Digər bir məqam da odur ki, idarəetməni Qroznı hava limanındakı dispetçer deyil, Rostov dispetçeri həyata keçirib. Bilərək ki, təyyarə vurulub və qəzalı durumdadır, yaxınlıqdakı hava limanına deyil, Aktauya yönləndirib. Sergey Lavrovun açıqlaması onu deməyə əsas verir ki, Rusiya tərəfi təyyarənin vurulması məsuliyyətini üzərilərinə götürmək niyyətində deyil, müvafiq olaraq kompensasiya da ödəmək istəmirlər. Halbuki təyyarənin Rusiya istehsallı "Pantsir"lə vurulmasını ekspertlər də təsdiq edib. Yəni “qara qutu”lardan nə çıxmasından asılı olmayaraq Azərbaycan Hava Yollarına məxsus mülki təyyarə Rusiya ərazisində, Rusiya istehsallı silahlardan atəş açılmaqla vurulub və buna görə də Rusiya məsuliyyət daşıyır".

Hərbi ekspert Sergey Lavrovun Azərbaycanın Rusiyaya məxsus hərbi helikopteri Ermənistan ərazisində vurmasını xatırlatmasının da yersiz olduğunu deyib: “Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ərazisində Rusiyaya məxsus hərbi helikopteri vurub və buna görə üzr istəyib, kompensasiya ödəyib, hərbi helikopterin dəyərini ödəyib. Rusiya tərəfi Azərbaycanın mülki təyyarəsini öz ərazisində vurub və bunu etiraf edib kompensasiya ödəməkdən yayınır. Təyyarəmizi Rusiya tərəfi vurmasaydı belə, təhlükəsizliyi təmin etməli olan Rusiya tərəfidir. Hər bir halda Rusiya tərəfi üzr istəməli, kompensasiya ödəməli və təyyarənin dəyərini verməlidir. Bunu beynəlxalq hüquq tələb edir. Rusiya tərəfi şantaj ritorikasından əl çəkib beynəlxalq hüququ əsas tutub addımlar atmalıdır”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada qəzaya düşən təyyarənin "qara qutu"su açıldı — Səbəblərdən biri açıqlanıb

    Rusiyada qəzaya düşən təyyarənin "qara ...

    14-02-2018, 15:07

  • 
  • Türk təyyarəsi havada alovlandı: cəsədlər və qara qutu...

    Türk təyyarəsi havada alovlandı: cəsədlər və qara ...

    12-03-2018, 11:43

  • 
  • “Qara qutu” səs yazmaqdan ötrüdür

    “Qara qutu” səs yazmaqdan ötrüdür ...

    16-09-2019, 15:48

  • 
  • Aktauda baş verən aviaqəzanın təhqiqatı üzrə komissiyanın 17 eksperti Braziliyadan Qazaxıstana qayıdır - EKSKLÜZİV

    Aktauda baş verən aviaqəzanın təhqiqatı üzrə ...

    7-01-2025, 23:02

  • 
  • MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edildi -TƏYYARƏ YAD CİSİMLƏ TOQQUŞUB

    MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama ...

    22-08-2019, 11:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu