Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovun məhkəmə araşdırması tamamlanıb.
GUNDEMXEBER.AZ-ın “Qafqazinfo”ya istinadla əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, E.Kərimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elşən Kərimov uzun illər Rusiyada yaşayıb. Həbsindən bir neçə gün əvvəl atasının vəfatı ilə əlaqədar ölkəyə qayıdıb. Elə 7 mərasimində də saxlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?