Yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və dəstəsi İmişli rayonunda balıq monopoliyası yaradıb
"COB-29" kimi beynəlxalq ekoloji tədbirə təşkilatçılıq edən ölkəmizdə ekoloji soyrıqım həyata keçirilir.
GUNDEMXEBER.AZ bildirir ki, AzFakt.com xəbər saytı ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı oxucularına məlumat vermişdir.
Həmin məlumatda qeyd edilirdi ki, Ağgöl Milli Parkından gündəlik tutulan balıqlar İmişli, Beyləqan və Ağcabədi və digər ətraf rayonların bazarlarında satılır. Brakonyerlik yolu ilə əldə edilib gizli satışa çıxarılan balıqların tonlarla olduğu bildirilir. Milli Parkın ərazisində həyata keçirilən brakonyerliyi isə qurumun bəzi əməkdaşları mütəşəkkil formada həyata keçirirlər.
Əldə etdiyimiz səhih məlumatlara görə Ağgöl Milli parkında brakonyerliyi qoruğun mühafizəsi ilə məşğul olan yegerlər edirlər. Parkda brakonyerlik fəaliyyəti ilə məşğul olan mütəşəkkil dəstənin əsas rəhbərinin isə yeger vəzifəsində işləyən Rahim Gəncəliyev olduğunu və onun gündəlik Ağgöl Parkından 200-250 kq balıq tutaraq müxtəlif şəxslərin vasitəsilə bazarlarda satışa çıxarır.
Məlumata görə Ağgöl Milli Parkında daimi qanunsuz balıq ovu ilə yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və onun ortaqları məşğul olur. Məlumatda bildirilir ki, Məhəmməd Gəncəliyevin Ağgöl parkında rahatçılıqla brakonyerlik fəaliyyəti ilə məşğul olmasına şəraiti atası Rahim Gəncəliyev və onun himayədarları yaradıb.Bu belə olmasaydı M. Gəncəliyev Ağgöl Milli Parkında rahatçılıqla balıq ovu ilə məşğul ola bilməzdi.
Araşdırmalarımız davam edir.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?