GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq nazir Sahil Babayev və onun komandası daha bir müharibə veteranını qəzəbləndirdi ...

Sabiq nazir Sahil Babayev və onun komandası daha bir müharibə veteranını qəzəbləndirdi ...

Tarix: 6-02-2025, 20:53 Bölmə :Cəmiyyət Baxış: 261

Son günlər yerli mediada Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin yaxın günlərdə Maliyyə naziri vəzifəsinə təyin olunacağı barəsində şayiələr gəzirdi ki, artıq bu söhbətlərə də bu gün təsdiqini tapmaqla son qoyuldu.

Sahil Babayev Maliyyə naziri təyin olundu.

Bu barədə Prezident İlham Əliyev 06.02.2025-ci il tarixində sərəncam imzalayıb.

Belə yerdə deyiblər, "buraları bay elədi, qaldı Maliyyə Nazirliyi"...

GundemXeber.az DogruXeber.az-a istinadən bildirir ki, ƏƏSMN-ə tabe bütün idarələr əvvəllər də "rüşvətxor" fəaliyyətləri ilə vətəndaşlar arasında davamlı narazılıqlar yaradırdılar. Lakin, 2020-ci ildə baş verən ikinci vətən müharibəsindən sonra sanki bu idarələrdə rəhbər vəzifələrdə çalışanlarda insanlara - xüsusilə də müharibə veteranları və qazilərə qarşı bir kin, aqressiya yarandı.
2021-ci ilin əvvəlində güya saxtakarlığın qarşısının alınması məqsədilə çoxsaylı insanlara pensiya və ünvanlı sosial yardımların verilməsi dayandırıldı. Onlara yenidən müraciət etmələri və təkrar komissiyadan keçmələri tövsiyyə edildi. Kimlərin ki, yaxınları, qohumları Dövlət Sosial Müdafiə fondları, məşğulluq və ƏƏSMN-nin digər idarələrində çalışırdısa, onlar bu yaxınlığın bəhrəsi olaraq, yenə də əvvəlki qayda ilə dövlətin büdcəsindən yararlanmaqda davam etdilər, bir çox həqiqi ehtiyaclı insanlar isə DSMF, məhkəmə qapılarında qalmaqdan yorulub, susdular.
Yeri gəlmişkən, yuxarıdakı "qohumluq, yaxınlıq" ifadəsini təsadüfi işlətmədik. Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişovun keçmiş iş yoldaşlarının, dostlarının və onlara yaxın olan bir neçə şəxslərin Mil-muğan Regional DSMF-da nə cəlala sahib olduqlarından əvvəllər də bəhs etmişdik. Həmçinin, barəsində narazılıqlar daha da artdıqdan, idarənin içərisindən əldə etdiyimiz məlumata görə daxili nəzarət fəaliyyətində nöqsanlar aşkar etdikdən sonra Rafael Məmmədovun işindən azad edilərək, Gəncə-Daşkəsən Regional DSMF-na rəhbər təyin olunduğu barəsində məlumat vermişdik. Amma, Gəncəyə çatar-çatmaz orada da bir neçə işçiləri səbəbsiz işindən azad edib, yanına öz "komandası"nı yerləşdirib, daha bir" meydangir"lik nümayiş etdirdi.

Belə çıxır ki, kimin Himalay Məmişov kimi yaxını olsa, olduğu hər yerdə, "Burda mənəm, Bağdadda kor xəlifə" deməkdə sərbəstdir.
Rafael Məmmədov Himalay Məmişova, Himalay Sahil Babayevə güvənərək, siravi vətəndaşların haqq və hüquqlarını heçə saymaqda davam edirlər.

Lap, nağıl qəhrəmanlarında olduğu kimi - "nəvə nənədən, nənə babadan"...

Əlqərəz...

Sahil Babayevin rəhbərliyi altında fəaliyyət göstərən bir çox idarə və müəssisələrin qanqaraldıcı fəaliyyətlərini saymaqla bitməz, amma bizi bu mövzuya təkrar qayıtmağa vadar edən ciddi səbəblərimiz var.

Təsəvvür edin ki, illər ərzində hər cür saxtakarlığı sınaqdan keçirən. Dövlət Tibbi ekspertiza və Reabilitasiya Agentliyinin hərbi komissiyası illərdir özünün hərbiyə yararsız olduğunu dediyi gənci, 25 yaşında özü özünə zidd olaraq sağlam çıxarıb, indi hərbiyə yararlıdır deyir.
Redaksiyamıza Cəbrayıl rayonunun Horovlu kənd sakini - eyni zamanda birinci vətən müharibəsində 5 ilə yaxın ön cəbhədə xidmət edən - müharibə bitdikdən sonra ailəsinin təkidinə rəğmən "mən vəsiqə üçün, müavinət üçün döyüşməmişəm ki, vətənimi qorumuşam" deyə, dövlət tərəfindən verilən kiçicik müavinətdən də yaralanmağı özünə çox görən Əsgərov Hikmət Talıb oğlu tərəfindən müraciət daxil olmuşdur.

O, müraciətində bildirir ki, "2000-ci il təvəllüdlü oğlum Əsgərov Nihat Hikmət oğlu uşaq yaşlarında ağır xəstəliklər keçirdiyi üçün çənə dişləri tamamilə yararsız haldadır. Bu səbəbdən də bütün dişləri protezlə əvəz olunmuşdur və eyni zamanda travmatologiya institutunun rəyinə əsasən verilən sənədlərdə bel onurğa sütununda 17 dərəcə deformasiya və əyrilik, həmçinin döş-qəfəs şişkinliyi, üçüncü dərəcəli kifozun olduğu qeyd edilmişdir. Məhz bu səbəblə də oğlum Nihat Əsgərov rəsmən hərbi xidmətə yararsız hesab olunmuş və aparılmamışdır.

Ötən il hərbi xidmətlə bağlı bir sıra qanunlara edilən dəyişikliklərdən sonra xidmətə aparılmayan şəxslərin yenidən hərbi komissiyadan keçmələri tələb edilmişdir. Belə olan halda, oğlum Nihat Əsgərov da prosedurlara uyğun olaraq, Respublika Klinik Xəstəxanasında, Travmatologiya institutunda lazımi müayinələrdən keçmiş, əvvəlki verilən diaqnozlar, hətta mövcud xəstəlikləri daha da ağırlaşmış həddə öz təsdiqini tapmışdır."

Valideyin Hikmət Əsgərov daha sonra qeyd edir ki," Bu mərhələlərdən sonra, yekun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzində keçirilən qeyri-obyektiv müayinə nəticəsində ədalətsiz qərar verərək, oğlumun hərbiyə yararlı olduğu qeyd edilmişdir.

Bu ədalətsiz qərara etiraz olaraq, rəsmi ərizəmlə mərkəzə müraciət edib, komissiyanın yenidən və mənim iştirakımla keçirilməsini tələb etdim. Lakin, təəssüflər olsun ki, bizə heç bir xəbərdarlıq edilmədən müraciətimizin nəzərə alınmaması və verilən ədalətsiz qərarın qüvvədə saxlanılmasına dair Cəbrayıl rayon Hərbi Komissarlığına məlumat verilmişdir".

Onu da əlavə edək ki, valideyn Hikmət Əsgərov mövcud xəstəlikdən əziyyət çəkən - piyada uzun yol yeriməkdə, ayaq üstə bir neçə dəqiqədən artıq dayanmaqda çətinlik yaşayan, döş qəfəsinin sıxılıraq, nəfəsinin darlanması, bel nahiyəsininin şiddətli ağrıması səbəbilə oturmağa, yaxud uzanmağa məcbur olan övladını özəl Yasamal Hospitalında müayinə etdirmişdir.

Hospitalın həkimi radioloq Qeyrət Nəsirovun etdiyi müayinə nəticəsində məlum olmuşdur ki, döş kifozu əhəmiyyətli dərəcədə atıb (56 dərəcə ölçülür).
Belin fizioloji lordozu dərinləşib.
Nəticə: Hiperkifoz (Scheuermann xəstəliyi yönündə araşdırılması tövsiyyə edilir).
Hiperlordoz (postural olması inkar edilmir).

Gördüyünüz kimi, həm dövlət, həm özəl xəstəxanaların etdiyi müayinələrin nəticələri üst-üstə düşdüyü halda, Tibbi Sosial - Ekspertiza və Reabilitasiya Agentliyinin hərbi komissiyası ya işinə məsuliyyətsiz yanaşaraq, sözün əsl mənasında başdansovdu müayinə aparıb, ya da məqsədli şəkildə çağırışçı sayını bu cür təmin etməyə çalışır.
Maraqlıdır, Nihat Əsgərov səhhətindəki bu qədər ciddi problemlərlə hərbiyə gedərsə və xidmət zamanı xəstəliyi səbəbilə Allah qorusun, hər hansı bir bədbəxt hadisə baş verərsə bu agentlik və eləcə də agentliyin tabe olduğu qurumun (ƏƏSMN) rəhbəri Sahil Babayev bu məsuliyyətdən hansı formada yayınmağı planlaşdırıblar ?

P.S: Qeyd edək ki, vətəndaş Hikmət Əsgərovun müraciətilə bağlı artıq ölkə başçısı İlham Əliyevə tərəfimizdən rəsmi müraciət göndərilib.
Ümidvarıq ki, ən qısa zamanda məsələ kökündən həll olunacaq və saxta əməllər törətməyə meyilli şəxslər qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaq.
Mövzunu davam etdirəcəyik.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir Sahil Babayev özünə iki yeni müşavir təyin edib

    Nazir Sahil Babayev özünə iki yeni müşavir təyin ...

    27-09-2018, 20:34

  • 
  • Sahil Babayev müavininin qayınına da yüksək vəzifə verdi - AÇIQLAMA

    Sahil Babayev müavininin qayınına da yüksək ...

    25-01-2019, 17:25

  • 
  • İşçisi Sahil Babayevi ifşa etdi: pensiya üçün rüşvət necə toplanır – VİDEO

    İşçisi Sahil Babayevi ifşa etdi: pensiya üçün ...

    30-07-2020, 12:10

  • 
  • Sahil Babayev Qarabağ əlillərini niyə qəbul etmir? - ETİRAZ

    Sahil Babayev Qarabağ əlillərini niyə qəbul ...

    2-08-2018, 13:54

  • 
  • Sahil Babayevin nazirliyində şəhid ailələrinin mənzil problemi ilə kim məşğul olur? - İTTİHAM

    Sahil Babayevin nazirliyində şəhid ailələrinin ...

    1-12-2020, 09:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu