GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual

“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual

Tarix: 7-02-2025, 23:04 Bölmə :Cəmiyyət Baxış: 352

“Meşə qardaşları”nı kim “oyatdı”? -
Fevralın 3-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda terror aktının qarşısının alınması ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd olunub ki, Azərbaycan ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində sözügedən qurumların əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

Məlumatda o da vurğulanıb ki, əməliyyat aparılıb və silahlı müqavimət göstərənlər zərərsizləşdirilib. Yaxalananlar barədə isə müvafiq maddələrlə cinayət işi açılıb, barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təxminən 10 ildir Azərbaycanda fəaliyyəti dayandırılan “Meşə qardaşları” radikal terrorçu qrupu yenidən aktivləşməsinin səbəbləri haqqında müxtəlif fikirlər səsləndirilir. Ekspertlər hesab edirlər ki, Azərbaycanda terror törətmək istəyən xarici qüvvə yenidən şimaldakı terror qruplarını “oyatmağa” cəhd göstərir.

GUNDEMXEBER.AZ xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, siyasətçi Sərdar Cəlaloğlu mövzu ilə bağlı AYNA-ya bildirib ki, Azərbaycanda terrora cəhdlər də, terror aktlarının törədilməsi də ilk deyil:

- Azərbaycan müstəqillik əldə etdikdən sonra 10-15 dəfə ağır terror hadisələri baş verib. Xəzərdə gəmi, Qazaxda avtobus partladılıb, Bakı metrosunda 2 dəfə terror aktı həyata keçirilib, o vaxtkı Neft Akademiyasında terror törədilib. Eyni zamanda, ayrı-ayrı fiqurlara qarşı – Afiyəddin Cəlilova, Ziya Bünyadova, Elmar Hüseynova, Rail Rzayevə, Rövşən Əliyevə, Fətulla Hüseynova qarşı sui-qəsdlər edilib ki, bu hadisələr də terror aktıdır. Həmçinin onlarla terror aktı hazırlıqlarının qarşısı alınıb. Demək istəyirəm ki, zaman-zaman terror hadisələri baş verib, cəhdlər olub. Amma indi “Meşə qardaşları” adlı terror qruplaşmasının hazırlıqlarının ifşa olunması, dəlillər onu göstərir ki, bu qrupun məqsədi cəmiyyətdə sarsıntı yaratmaq, çaxnaşmaya səbəb olmaq, xof yaratmaq olmayıb. Bu, daha çox siyasi məqsədli terror hazıqlığı olub. Məqsəd də Azərbaycan dövlətini sarsıtmaq, dövlət çevrilişinə nail olmaq olub. Necə ki, İrana bağlı bir qrup “Kərimə dövləti” yaratmaq niyyəti ilə hazırlıqlar görürdülər, onun da qarşısı alındı, “Meşə qardaşları” da bu cür əmələ hazırlıq görürmüşlər. Məsələ budur ki, “Meşə qardaşları”nın məqsədi sadəcə terror aktı törətmək deyil, İŞİD kimi, digər radikal terrorçu təşkilatlar kimi dini dövlət yaratmaqdır. Azərbaycan hüquq-mühafizə orqanlarının bunun qarşısını vaxtında alması, qrupun ifşası və profilaktik əməliyyatların davam etdirilməsi onu göstərir ki, ölkəmizin təhlükəsizliyinə qarşı təhdidlər qalmaqdadır.

Həmçinin hesab edirəm ki, ölkənin quru sərhədlərinin hələ də bağlı qalmasında bu kimi amillərin rolu var. Prezident bir neçə dəfə Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını təhlükələrlə əlaqələndirmişdi. Görünür ki, doğrudan da Azərbaycan xalqı və dövləti üçün real təhlükə mövcuddur və onların qarşısının alınması üçün tədbirlər görülür. Şimal sərhədlərində blok-postların qurulması ilə bağlı xəbərlər də bundan qaynaqlanır. Düzdür, blok-postların qurulması rəsmi şəkildə təkzib edildi, amma sərhədlərdə “Sipər” adlı profilaktik tədbirlərin görüldüyü təsdiqləndi. Yəni təhdidlər var. Amma bu məsələ ilə bağlı suallar da mövcuddur.

- Hansı sualları nəzərdə tutursunuz?

- Burada bir neçə suala cavab verilməlidir. Birincisi, həmin terrorçu qruplaşmanın əldə etdiyi silah-sursatın mənbəyi haradır, hansı ölkədir? İkincisi, bu silah-sursat necə olub ki, bu radikal qruplaşmanın əlində cəmlənib. Məlumdur ki, bu silahların qiyməti kifayət qədər bahadır. Bu qədər vəsaiti haradan əldə ediblər? Eyni zamanda, onlar meşədə yeraltı sığınacaq yaradarkən, o sığınacağa silah-sursat toplayarkən həmin əraziyə nəzarət etməli olan polis, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, eləcə də o kəndin ziyalıları, özünü Azərbaycan vətəndaşı niyə xəbər tutmayıblar, yaxud necə xəbər tutmaya bilərlər? Hər halda, o sığınacaq bir günün içərisində yaranmayıb, silah-sursat da bir günün içərisində toplanmayıb. Hesab edirəm ki, bu suallara cavab verilməlidir.

Eyni zamanda, bu suala da cavab tapılmalıdır ki, “Meşə qardaşları” radikal qruplaşmasını hansı dövlət aktivləşdirib? Çünki dünyada qəbul edilmiş məsələ var: heç bir terror təşkilatı xarici dövlətdən dəstək almadan müstəqil fəaliyyət göstərə bilməz. Onda bu suala cavab tapılmalıdır ki, bu terror təşkilatının arxasında hansı xarici dövlət dayanıb, məqsədi nə olub? Onların aktivləşdirilməsi, silahlandırılması başqa bir gücün hesabınadır. Yoxsa zərərsizləşdirilən və yaxalanan 5-10 nəfərin bu qədər silah-sursat toplaması, sığınacaq tikməsi, uzun müddət meşədə yaşaması dəstəksiz, özbaşına mümkün deyil.

- Sizin ehtimalınız maraqlıdır, “Meşə qardaşları”nı aktivləşdirən, arxasında dayanan xarici dövlət hansıdır?

- Mənim ehtimalım odur ki, bu qruplaşmanın arxasında Rusiya dayanır. Şimaldakı qruplaşmaları hərəkətə gətirmək, Azərbaycan əleyhinə qaldırmaq Rusiyanın siyasəti olub. Rusiya zaman-zaman bu cür destruktiv qüvvələrdən ölkəmizə qarşı istifadə edib. Bayaq dediyim terror aktlarının araşdırmalarının, tədqiqatının bir ucu Rusiyaya gedib çıxıb, bağlantılarının Rusiyada olduğu məlum olub. Həmin terror aktlarını törədənlər araşdırmalarla məlum olmuşdu ki, bir müddət Rusiyada qalıblar, bu ölkənin müxtəlif bazalarında təlim keçiblər və s. Eləcə də tapşırıqları, partlayıcıları Rusiyadan aldıqları üzə çıxmışdı. Bu qədər faktlar göstərir ki, “Meşə qardaşları”nı da hərəkətə keçirən, “oyadan” Rusiyadır. Moskva son vaxtlar Azərbaycanla Rusiya arasında yaranan soyuq münasibətlə bağlı Bakıya təzyiqlər etməyə çalışır. Rusiya yenidən Azərbaycanı öz təsir dairəsində saxlamağa cəhd edir.

- Sizcə, bu niyyətinə Rusiya nail ola bilərmi?

- Düşünmürəm ki, Rusiyanın bu təzyiqləri effekt verəcək. Rusiya bundan sonra Azərbaycanı özünün imperiya maraqlarına tabe etdirə bilməz. Azərbaycan rəhbərliyinin atdığı addımlar da buna imkan verməyəcək.

Baxın, beynəlxalq hüquqda dövlətlər arasında münasibətlər qarşılıqlı faydalılığa əsaslanır. Bu gün Rusiya ilə Aszərbaycan arasında bu prinsiplər pozulub. Azərbaycanda 100-ə yaxın məktəbdə tədris rus dilindədir, amma Rusiyada bir dənə də olsun Azərbaycan məktəbi yoxdur.Azərbaycanda onlarla Rusiyanın mədəniyyət mərkəzi fəaliyyət göstərir, amma Rusiyada bir dənə də olsun belə mərkəz yoxdur. Hansı ki, 100 ildən artıqdır Rusiya mədəniyyət mərkəzləri, “Rus evi” adlandırılan qurumlar Rusiyanın imperiya siyasətinə xidmət edir, casus yuvası fəaliyyəti göstərir, Rusiyanın xüsusi xidmət orqanlarına bağlıdırlar. Demək olar ki, bütün ölkələrdə “Rus evi” adı altında casus fəaliyyəti göstərən qurumlar bağlanıb, onların əməlləri ifşa edilib. Hesab edirəm ki, Azərbaycan da bua ddımı atmalıdır və atacaq. Artıq bu gün (dünən-red) “Rus evi” ilə bağlı Rusiya səfirinə nota təqdim edilib. Məlumatlar var ki, bu casus yuvaları nəzarətə götürülüb. Birdəfəlik ləğvinə isə çox qalmayıb. Eyni zamanda, rusdilli məktəblər də ləğv edilməlidir. Nəyə görə Azərbaycan insanının vergisi hesabına formalaşan büdcədən rus dilində tədrisə vəsait ayrılmalıdır? Bu, faktiki olaraq Konstitusiyamıza ziddir. Məsələ barədə dəfələrlə danışmışam, çağırışlar etmişəm, ona görə təkrarlamaq istəmirəm. Sadəcə anlamaq lazımdır ki, Rusiya bizə heç vaxt dost olmayıb. Azərbaycanda qarışıqlıq yaratmaq, terror törətmək də Rusiyanın yeni yox, köhnə siyasətinin tərkib hissəsidir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DTX əməliyyat keçirdi: terror hazırlayan şəxs məhv edilib

    DTX əməliyyat keçirdi: terror hazırlayan şəxs ...

    28-08-2017, 14:00

  • 
  • DTX-dən əməliyyat: terror planlaşdıran şəxs məhv edildi

    DTX-dən əməliyyat: terror planlaşdıran şəxs məhv ...

    29-08-2018, 13:46

  • 
  • DTX terror-təxribat təlimləri alan şəxsi tutaraq Azərbaycana gətirib FOTO

    DTX terror-təxribat təlimləri alan şəxsi tutaraq ...

    31-08-2020, 12:23

  • 
  • DSX və DİN-dən birgə əməliyyat: xeyli silah götürüldü

    DSX və DİN-dən birgə əməliyyat: xeyli silah ...

    16-08-2017, 18:30

  • 
  • İki terror təşkilatı Azərbaycana qarşı

    İki terror təşkilatı Azərbaycana qarşı ...

    28-01-2014, 10:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu