GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qarabağ və Şərqi Zəngəzur regionlarında Yaradıcı sənaye və sahibkarlıq inkişaf edəcək

Qarabağ və Şərqi Zəngəzur regionlarında Yaradıcı sənaye və sahibkarlıq inkişaf edəcək

Tarix: 13-03-2025, 15:12 Bölmə :Cəmiyyət Baxış: 189

İnkişaf edən yaradıcı sənayelərin mexanizmlərinin əsasını konsolidasiya təşkil edir. konsolidasiya sözünün mənası birləşmə, həmrəy olma və müştərək hərəkət etmək, vahid ideya və maraqlar naminə mübarizə aparan qüvvələrin ümumi məqsəd üçün birləşməsi deməkdir. Yaradıcı sənayeyə, yaradıcı sənayelər institutunun inkişafı və yaradıcı sahibkarlığa dəstək, dövlət qanunvericiliyində öz əksini tapır.

Yaradıcılığın sürətli formalaşması üçün, mövcud mədəniyyət müəssisələri tabeliyində kiçik yaradıcı sahibkarlıq qurumların yaradılması təmin edilməlidir. Yaradıcı sənayelər institutunun və yaradıcı sahibkarlığın inkişafı üçün innovativ müəssisələrin yaradılması eləcədə təhsil və elm sahələrində olan müəssisələrin bu sahəyə cəlb edilməsi məqsədəuyğundur.

Yeni yaradıcı sahibkarlığın inkişafı, mövcud mədəniyyət müəssisələrini əvəz etmədən, onların rolunu gücləndirəcək və eləcədə bu müəsisələrin büdcədən asılılığını zəiflədəcək. Yaradıcı sənayedə sahibkarlığın inkişafına dəstək verilməsi aşağıdakıları əhatə edir:

•Yaradıcılıq üçün peşəkar ərazi infrastrukturunun yaradılması;

•Həm yaradıcı, həm də bilik və bacarıqlar sisteminin inkişaf etdirilməsi;

•İnformasiya dəstəyi sisteminin formalaşdırılması;

•Tarixi və mədəni elementlərin eləcədə qeyri-maddi irs nümunələrinin, qeyri-kommersiya məqsədli istifadəsinin təmin edilməsi;

•Yaradıcı strukturların orta və kiçik qrantlarla təmin edə bilən maliyyə infrastrukturlarının formalaşdırılması;

•İşğaldan azad edilmiş ərazilərdə yaradılan, yaradıcı strukturlardan vergi tutulmasının ləgv edilməsi;

•Yaradıcı məhsulların istehsalı və satılması üçün ixtisaslaşdırılmış infrastrukturun yaradılması;

•Yaradıcı şəxslər arasında aktiv ünsiyyət və qarşılıqlı əlaqə tələb edən layihələrin həyata keçirilməsi;

•Konsentrasiya üçün cəlbedici olan ekosistemlərin yaradılması

•İstedadlı, ambisiyalı gənclərin yaradıcı qrumlarında fəaliyyətə cəlb edilməsi;

•Dövlət-özəl tərəfdaşlıq formatında ərazi infrastrukturunun yaradılmasını təmin etmək;

•Dövlət-özəl tərəfdaşlıq formatında yaşıl sahələrin əlaqəli planlaşdırılması və icrasının həyata keçirilməsi.

Yaradıcı sənayenin qurulmasında həm yaradıcı, həm də bilik və bacarıqların inkişafı sisteminə aşağıdakılar daxildir:

•Yaradıcı düşüncənin bacarıq vasitəsi kimi inkişaf etdirilməsi;

•Yaradıcı sənayelərin təcrübələri ilə tanışlıq;

•Yaradıcılıq üzrə təcrübə yönümlü kursların təşkilinin həyata keçirilməsi;

•Yaradıcı məhsulların istehsalının həyata keçirilməsi;

•Təkmilləşdirmənin həcminin artırılması və yaradıcılıq sahəsində peşəkar təlimçilərin hazırlanması;

•Yaradıcı sənayedə sahibkarlığın əsaslarını öyrənən kursların yaradılması;

•Əlilliyi olan və sağlamlıq imkanları məhdud insanlar üçün təhsil infrastrukturunun yenilənməsi və maarifləndirici layihələrin həyata keçirilməsi;

•Yaradıcı sənayedə əlilliyi olan insanların intellektual fəaliyyətin kommersiyalaşdırılması;

•İşğaldan azad edilmiş ərazilərdəki kreativ iqtisadiyyat sektorları o cümlədən ixtisaslaşdırılmış təhsil təşkilatları üçün, infrastruktur saytlarının hazırlanması;

•Bacarığı ehtiva edən məlumat dəstəyi sisteminin yaradılması.

Azərbaycan Respublikasının Dövlət proqramı çərçivəsində, əqli mülkiyyət hüquqlarının müdafiəsi üzrə xidmətlərin müəyyən edilməsi tstiqamətində, layihələrin həyata keçirilməsi yolu ilə fəaliyyətlər inkişaf etdirilə bilər. Bu istiqamətdə texnoloji həllər əsasında dövlət-özəl təşkilatların tərəfdaşlıq məsələləri öz həllini tapmalıdır.

Yaradıcı kreativ sənaye nədir?

 Yaradıcı sənaye Azərbaycan mədəniyyətin innovativ inkişafına yeni yanaşmalardan biri kimi qiymətləndirilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir mədəni kreativ sənayenin inkişafı üçün böyük potensial və böyük imkanlar vardır. Kreativ sənayeni işğaldan azad edilmiş ərazilərdə inkişaf etdirilməsi əraziyə köçürülən əhalinin məşğulluğunun qismən də olsa təmin edilməsində mühüm rolu ola bilər.

Bu istiqamətdə aparılan söhbətlər zamanı verilən ən populyar suallardan biri belə qoyulur. Yaradıcı Keativ sənaye nədir? - Yaradıcı sənayelər dominant və birləşdirici ideyaların yaradıcı və mədəni komponentlər olduğu sosial-mədəni təcrübə növüdür. Dövrümüzə qədər inkişaf etmiş konsepsiya və yanaşmalarla bərabər, yaradıcı sənayelərə ifaçılıq və təsviri sənət sahələrinin də (dzayn, kino, televiziya və media) fəaliyyətləri daxildir.

Bu gün yaradıcı insanlar dedikdə təkcə yazıçılar, rəssamlar və ya digər yaradıcı peşələrin nümayəndələri adlandırmaq düzgün deyil. Yaradıcılıq indi həyatın müxtəlif sahələrində - sənayedən tutmuş idarəetməyə qədər bütün sahələrdə tələb olunur. İndiki vaxtda biznes strategiyaları təkcə maddi deyil, həm də qeyri-maddi amilləri nəzərə alır. Yaradıcı kapital biznesin maliyyə komponentinin mühüm hissəsinə çevrilmişdir. Yaradıcı yanaşma sürətlə dəyişən dünyada unikal həllər tapmaq üçün tramplin rolunu oynayır. Əsrin əvvəllərində mədəniyyətin istehsalata göstərdiyi əsas dərs, yaradıcılıq dərsi hesab oluna bilər.

Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəniyyətin bir sahəsi kimi mükəmməl yaradıcı sənayelərdən danışmaq hələ tezdir. Bu, mövcud şəraitin yaratdığı bir sıra məhdudiyyətlərlə bağlıdır. Bu məhdudiyyətlər əsasən iqtisadi xarakter daşıyır. Bu məhdudiyyətlərin aradan qaldırılması yaxın prespektivlərdə mümkün olacağı fəaliyyətin inkişafına ümidlər yaradır.

Yaradıcı sənayenin tək mədəni deyil, həm də sosial hadisə kimi başa düşülməsi onun qeyri-bərabər inkişafı problemini yaradır. Regional səviyyədə yaradıcı klasterlər hazırda bir sıra Avropa ölkələrində və Rusiyanın Perm, Arxangelsk və Petrozavodsk kimi ərazilərində olduğu kimi digər regionlarda da rəqabət qabiliyyəti yarada bilər. Yaradıcı sənayelərin tətbiqi və inkişafında Azərbaycan təcrübəsi böyük deyil. Ayrı-ayrı yaradıcı və bədii şirkətlərin fəaliyyətində təmsil olunur. Beləki yaradıcı klasterlər o qədər də böyük inkişaf mərhələsi keçməyiblər.

Yaradıcı klasterlərin işi daha çox regional brendin yaradılmasına xidmət edir və mənalı yaradıcı bölmələrin yaradılması üzərində cəmlənir. Qeyd etmək lazımdır ki, brendlər “yaradıcı laboratoriyalar”ın əsas vəzifəsinə çevrilməməlidir. Klasterlər eyni zamanda brendin semantik yükünü yaratmalıdırlar. Bu zəncirin regional səviyyədə inkişafının proqnozlaşdırıla bilən və ölçülə bilən nəticəsini turist axını, infrastrukturun inkişafı, iş yerlərinin artması, eləcə də region daxilində müsbət sosial effekt yaradılmasında mühüm rol oynaya bilər.

Hazırda yaradıcı sənayelərin regional səviyyədə tənzimlənməsi üçün aydın norma və çərçivələri yoxdur. Bu da yaradıcı klasterlərin fəaliyyətinin hüquqi bazasının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir.

Böyük Britaniyada yaradıcı sənayelər sahəsində fəaliyyət göstərən tədqiqatçılar və mədəniyyətşünaslıq sahəsində çalışan digər ekspertlər və tədqiqatçılar tərəfindən bu sahə işlənərək genişləndirilib. Bu gün də bu tədqiqatlara yeni alimlər qoşulur və bununla da sosioloji və statistik tədqiqatlara əsaslanan mövcud yaradıcı əlaqələrin və yeni modellərinin qurulmasına təşəbbüs göstərirlər. Bütün bunlar yaradıcı sənayelərin potensialını qiymətləndirmək, onların dəstəklənməsi və inkişafı, strategiyaların formalaşdırılması üçün texnologiya xəritələmələrinin yaradılmasına kömək göstərirlər.

Ərazinin texnoloji yaradıcılıq sektorunun işləməsi və onların potensialarının qiymətləndirilməsi, habelə bu sahənin ehtiyac və imkanlarının müəyyən edilməsi üçün ərazinin mədəni və yaradıcı ehtiyatlarının xəritələrinin yaradılması əsas şərtlərdən biridir. Xəritələrin hazırlanması ona görə lazımdır ki, xəritəçəkmə əsasında müəyyən edilmiş ərazidə yaradıcı sənayenin inkişafı strategiyası formalaşır. O, həm bütövlükdə yaradıcılıq sahələri, həm də ayrı-ayrı sektorlar üçün (məsələn, yalnız teatr, musiqi və s.) həyata keçirilə bilər. Bu cür tədqiqatların aparılması üç əsas səbəbə görə vacibdir və zəruridir:

1.Yaradıcılıq sahələrinin müxtəlif alt sahələri olan: tamaşa sənəti (teatr), musiqi, təsviri incəsənət, televiziya və s. mədəniyyətşünaslıq, iqtisadi sahələrə inteqrasiya olunur və cəmiyyətin sosial inkişaf kateqoriyasına daxil edilir. Onlar “yaradıcı klasterlər” kimi fəaliyyət göstərir və kumulyativ təsirə malik olurlar. Bu da öz növbəsində yaradıcı sənayelərin inkişafına əhəmiyyətli təsir göstərir.

2.Yaradıcı klasterlər böyük iqtisadi sahələrdə cəmləşdirilir.

3.Qarşılıqlı əlaqə, incəsənət və yerli iqtisadi qurum (kommersiya və qeyri-kommersiya sektorları) arasında qurulur.

Biz onu ümumi şəkildə təhlil etməyə çalışsaq məlum olacaq ki, yaradıcı sənayelərin istehsal zənciri dörd mərhələdən ibarətdir. Bu yanaşmaları bütövlükdə təhlil etsək o zaman aşağadakı nəticəni əldə etmək olar:

1.İdeyaların yaradılması – yaradıcı planların və layihələrin hazırlanması;

2.İstehsal – kommersiya məqsədilə satışa yararlı məhsulların hazırlanması;

3.Maarifləndirici televiziya verilişləri, yazılar, filmlər və s. Hazırlanması;

4.Tələbatı və ya ehtiyacı təmin etmək üçün  iştirakçılar tərəfindən müəyyən təcrübənin əldə edilməsi.

İdeyanın yaradılması mərhələsində aşağıdakılar nəzərə alınır:

•Maddi mədəniyyət obyektləri və ya məmulatları – rəsmlər, layihələr, mahnılar, ssenarilər və digər texnogen əşyalar;

•Qeyri-maddi yaradıcı anlayışlar və ideyalar – reputasiya, brend, xarakter, naxış, rəng sxemi və s.

İstehsal mərhələsində “xam” yaradıcı materialdan bazar məhsuluna çevrilmə baş verir:

•Kütləvi reproduksiyaya imkan verən – filmlər, televiziya proqramları, kitablar, disklər, kompakt disklər və s.;

•Bir dəfə yaradılmış – rəsm əsərləri, teatr tamaşaları, dizayner geyimləri və digər əşyalar.

Qeyd etmək lazımdır ki, bütün bu üsullar yenidir və statistik məlumatlarla işləməkdə çətinliklər yaradır. Statistika sistemində təsnifat yaradıcı sənayelərin ayrı-ayrı sahələrini müəyyən etməyə imkan vermədiyindən tədqiqatçıların işini çətinləşdirir. Beləliklə, “mədəniyyətə dönüş” zamanın tələblərinə uyğun olaraq digər mədəni və sosial sistemləri və onların uyğunlaşmasını tələb edir.


Faiq İsmayılov

Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki

Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binəqədinin icra başçısı da yaradıcı adam çıxdı: ONUN YARATDIĞI SƏNƏT ƏSƏRİ... - FOTOLAR

    Binəqədinin icra başçısı da yaradıcı adam çıxdı: ...

    3-04-2023, 19:53

  • 
  • Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə bağlı

    Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə ...

    22-12-2016, 21:44

  • 
  • Mədəniyyət və Turizm İdarəsində yeni təyinat

    Mədəniyyət və Turizm İdarəsində yeni təyinat ...

    27-01-2016, 13:35

  • 
  • Vasif Talıbov Naxçıvan ziyalılarına xüsusi tapşırıqlar verdi

    Vasif Talıbov Naxçıvan ziyalılarına xüsusi ...

    17-09-2014, 16:24

  • 
  • “Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib -FOTOLAR

    “Rəqəmsal media və kommunikasiya” mövzusunda ...

    5-11-2022, 15:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu