Valideyn vurulan qızdırma iynəsindən övladının iflic olduğunu iddia edir.
GUNDEMXEBER.AZ "Qafqazinfo”ya istinadla xəbər verir ki, 4 yaşlı Uğur Xankişiyevin valideyninin sözlərinə görə, uşağın qızdırması qalxdığı üçün təcili tibbi yardım çağırıb. Gələn həkimlər Uğuru Yasamalda Uşaq Klinik Xəstəxanasına aparıblar.
Lakin 3 gündən sonra evə buraxılacağı deyilən azyaşlının vəziyyəti vurulan iynədən sonra pisləşib.
Valideyn iddia edir ki, uşağın yaxşı olmadığını həkimə 3 dəfə bildirsə də, ona bunun normal hal olduğu deyilib.
Məsələ ilə bağlı Uşaq Klinik Xəstəxanasının Reanimasiya şöbəsindən bildirilib ki, valideynin iddiaları ilə bağlı araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?