Adil Qeybulla: “Tofiq Yaqublunun vəziyyəti orta ağırdır”.
Bu gün Adil Qeybulla Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimi ilə birlikdə Umbakı qəsəbəsindəki təcridxanada Tofiq Yaqublunu müayinə ediblər. T. Yaqublunun hazırkı vəziyyəti 19 günlük aclığa adekvatdır. Bu gün çəkisi 83 kq 350 q, təzyiqi 126/84, temperatur, saturasiya, ürək döyüntüsü normaldır.
Doktor Adil Qeybulla T. Yaqubluya aclığı dayandırmasını tövsiyyə etsə də, T. Yaqublu aclığı dayandırmamaqda israrlı olduğunu bildirib. Həkim T. Yaqubluya aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və fizioloji məhlulların qəbulunun vacibliyini bildirib və bundan sonra T. Yaqubluya zəruri məhlulları köçürüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?