GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?

Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?

Tarix: 29-04-2025, 23:04 Bölmə :Cəmiyyət Baxış: 99

bitmap-img6


Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Quliyev Urfan İlqar oğlunun cinayət işinin təfərrüatı məlum olub. Ona iki maddə ilə bəraət verilib.

Quliyev Urfan İlqar oğlu Bakıda qanunsuz onlayn qumar və mərc oyunları təşkil etməkdə ittiham edilib.
İstintaq orqanı tərəfindən aparılan yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsinin 29 milyon manatdan artıq olduğu müəyyənləşib.
U.Quliyev bu yolla 3 milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmaqda təqsirləndirilib.

O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinib.

İttihama görə, operativ vergi nəzarəti zamanı götürülmüş texniki avadanlıqlara, yaddaş qurğularına və telefonlara baxış keçirilib. Baxış zamanı keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş kompüter və telefonlarda qanunsuz olaraq qumar oyunlarının internet vasitəsi ilə təşkil edilməsi öz əksini tapıb. Belə ki, kompüterin yaddaşında qumar oyunlarının aparılmasına dair hesabat cədvəlləri, gündəlik gəlirlər, xərclər barədə qeydlər aşkar edilib.

Həmçinin bank kartına pul köçürmələri və qumar oyunlarının hesabat cədvəlləri müəyyən edilib.

Urfanın kompüter və mobil telefonlarının yaddaşına yüklənmiş “1 XBET, “bet 365”, “aysbet”, “chcblack”, “mkbbbet”, “Online Games 555”, “Qazanbet.com”, “fastloto.com”, “sportivo24.com” adlı “on-line” mərc oyunlarının linkləri aşkar edilib.

Məhkəmə Urfanın 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinin məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi qənaətinə gəlib.

Urfana 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) maddəsi ilə cəza təyin edilib. Onun barəsində 2 il cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə ev dustaqlığına buraxılıb.
Məhkəmə təqsirləndirilən şəxsə qeyd edilən iki maddə ilə bəraət verilməsini belə şərh edib.

Belə ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı həm dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda razılıq almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, həm də müxtəlif şəxslərin “on-line" internet üzərindən qumar oyunlarının təşkili ittihamı verilib.

Digər tərəfdən isə əldə edilən gəlirdən vergi verilməməsi ittihamı irəli sürülüb.

Bir-birinə ziddi olan iki maddə. Təşkil olunan oyunlar qanunsuzdursa, bundan necə vergi tələb etmək olar?

Göründüyü kimi istintaq orqanı bir tərəfdən qumar oyunlarını icazə verilən fəaliyyət növü kimi qiymətləndirməklə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 192-ci, digər tərəfdən isə qadağan olunmuş əməl kimi həmin Məcəllənin 244-1-ci maddəsində nəzərdə tutulmasına dair ziddiyyətli nəticəyə gəlib.

Məhkəmə toplanmış sübutların məcmusuna əsasən Urfan tərəfindən 3 milyon manat qanunsuz gəlir əldə etməklə nəticələnən qumar oyunları deyil, akkreditasiya qərarı olmadan idman mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı əməllər törətməsi qənaətinə gəlib.

Həmçinin ittihamda qeyd edilən əməllərin 2015-2021-ci il tarixlərdə törədilməsi qeyd edilib.

Məhkəmə bildirib ki, həmin dövrdə qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi cinayət hesab edilmirdi.
Urfan Quliyev isə ifadəsində “Topaz” məntəqəsi işlətdiyini, işlərinin rəsmi olduğunu deyib. O, xarici mərc saytlarından isə özünün istifadə etdiyini bildirib./musavat.com/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın iki böyük şəhərində qanunsuz qumarxanalar aşkar edilib

    Azərbaycanın iki böyük şəhərində qanunsuz ...

    2-12-2016, 13:34

  • 
  • Azərbaycanın mərc oyunları bazarındakı milyonlar

    Azərbaycanın mərc oyunları bazarındakı milyonlar ...

    16-10-2015, 23:21

  • 
  • Topaz-ın mərc monopoliyasına SON: - “Süni məğlubiyyət və ya qalibiyyət yaradılır...”

    Topaz-ın mərc monopoliyasına SON: - “Süni ...

    4-03-2021, 10:49

  • 
  • Topaz"dan külli miqdarda pul oğurlayan şəxs tutulub

    Topaz"dan külli miqdarda pul oğurlayan şəxs ...

    19-11-2013, 12:19

  • 
  • Qumarxana sahibinə 2 il cəza

    Qumarxana sahibinə 2 il cəza ...

    16-08-2015, 00:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (162)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu