GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vardanyan azərbaycanlı hakimlər qarşısında susur

Vardanyan azərbaycanlı hakimlər qarşısında susur

Tarix: 6-05-2025, 11:46 Bölmə :Cəmiyyət Baxış: 75


Bu gün Bakı Məhkəmə Kompleksində Ermənistan vətəndaşı Ruben Vardanyanın çoxcildli cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.


Ruben Vardanyan Azərbaycan və azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə ittiham olunur.

Vardanyan məhkəmədə sərbəst ifadə verməkdən imtina edir.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə araşdırılır.

Hazırda prosesdə zərərçəkmiş şəxslərin dindirilməsi mərhələsidir. Həmçinin prosesdə iş üzrə keçən çoxsaylı sənədlər, sübutalar, faktlar araşdırılır.

Ötən prosesdə işğaldan azad edilən əzəli Azərbaycan torpaqlarında ermənilərin basdırdıqları minalara düşmüş zərərçəkənlər ifadə verib. Onlar danışdıqca Ruben Vardanyanın gözləri az qala hədəqəsindən çıxır. O, Qarabağ işğal altında olduğu müddətdə mina əkinçiliyinə milyonlar xərcləyib. Ağlına da gətirməyib ki, gün gələcək, cinayətkar əməllərinin qurbanları ilə üz-üzə, göz-gözə qalacaq.

Vardanyanın puluna alınan minalardan zərər çəkənlər məhkəmə zalına qoltuqağacları, protezləri, bəzən də arabaları ilə gəlirlər. Məhkəmə zalına gətirdikləri tək şey bədənlərindəki izlər deyil – Ruben Vardanyanın şəcərəsinə qanla yazılan taleləridir. Hər biri bir hekayədir, hər biri bir cinayətin canlı sübutudur. Əllərində sənəd yoxdur, çıxış üçün kağız da. Amma hər birinin gözlərində bir faciənin izi, ürəyində bir ailənin ağrısı var. Müttəhimlər kürsüsünə çıxarılan Ruben Vardanyan, kürsü önündə mina qurbanlarıdır – həyatlarının bir hissəsi torpağın altına gömülüb, amma haqları yerin dərinliyində itib-batmayıb.

Zərərçəkmiş Həsənəli Əliyev 2024-cü il fevralın 4-də Tərtərin Qızıloba kəndində heyvan otararkən mina partlayışı nəticəsində sol ayağının aşağı hissəsini itirib. Bu, bir bədən hissəsinin yox, bir həyat tərzinin, bir gələcəyin itkisidir.

Digər zərərçəkmiş Elnur Əsgərov da 2023-cü il aprelin 18-də Borsunlu kəndində oxşar aqibətlə üzləşib. Onların səssiz gəlişləri, kədərli baxışları məhkəmə zalında səsləndirdikləri faktları daha da ağırlaşdırır. Ən sarsıdıcı ifadələrdən biri Akif Hüseynova aiddir.

O, iki oğlunu – Razi və Bayramı mina partlayışında itirib. Özü, oğlu Anar və nəvəsi Hüseyn isə yaralanıblar.

“Bir gündə iki oğlumu itirdim”, – deyə Akif Hüseynov məhkəmədə sarsılmış halda söyləyib.

Onların yaşadıqları faciə bir ailənin deyil, bütöv bir millətin yaddaşına həkk olunan yaradır.

ANAMA əməkdaşları – Yadigar Şükürov, Ələsgər Quliyev və digərləri isə peşə borcunu yerinə yetirərkən minaya düşüblər.

Ələsgər Quliyev deyib:

“OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəlisidir”.

Bu ifadələr təkcə texniki izahat deyil, bizə düşmən kəsilənləri torpaqlarımızda mina əkinçiliyinin, bundan dolayı ölümün və qorxunun gündəlik həyat tərzinə çevrildiyinin sübutudur.

Zərərçəkmiş İlham Salmanovun, İlknur Əliyevin, Nicat Cabbarovun, Rafael Bayramovun və digərlərinin ifadələri isə göstərir ki, Ermənistan tərəfindən basdırılmış minalar yalnız bir bölgənin deyil, bütöv Azərbaycanın bədəninə vurulmuş yaradır.

Məhkəmə zalında Ruben Vardanyan isə sanki başqa bir reallıqda oturur. Baş verənləri başa düşmürmüş kimi davranır.

Sanki Azərbaycanın işğal olunmuş ərazilərində min bir cinayət törətmiş yan-yörəsinə milyonlar xərcləməsi də bir yuxu olub. Halbuki, həmin milyonlara heç bir günahı olmayan insanları öldürməkçün silah-sursat, mina alınmasından xəbəri olub. Bu isə terroru, soyqırımı maliyyələşdirməkdir.

Ruben Vardanyan bir sistemin, bir dağıdıcı maşının, müharibə cinayətlərinin simvolu kimi bu gün müttəhimlər kürsüsündədir. Bakı Məhkəmə Kompleksində onun üzərində keçirilən proses sadəcə bir hüquqi prosedur deyil – bu, yaddaşın dirçəlişi, ədalətin ayaqsız, amma dik dayanan şahidlərinin hayqırtısıdır. Hər amputasiya olunmuş ayaq bir sübutdur. Hər qoltuqağacı bir şahiddir.

Ruben Vardanyan bu gün təkcə minalara görə deyil – illərlə əzəli torpaqlarımızda törədilən müharibə cinayətlərinə görə mühakimə olunur. Onun qarşısında duranlar – ayaqları yoxdur, amma haqları var. Onlar bu haqları almaq üçün ayaqdadırlar.

Bu gün, aprelin 29-da keçirilən prosesdə zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıracaqlar. İfadə verən zərərçəkmişlər necə yaralandıqlarını, onlara hansı zərərin dəydiyini, onlara necə ziyanın vurulması barədə danışırlar.

İş üzrə məhkəmə prosesi açıq keçirilir.

Ruben Vardanyan həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünün seçdiyi vəkillə təmin olunub. Eyni zamanda prosesdə tərcüməçilər iştirak edir.

Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub. İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə, dil və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib. Təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın başa çatması barədə məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb

    Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı ...

    17-02-2025, 13:52

  • 
  • Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ittiham aktının elan olunması davam etdiriləcək

    Vardanyanın cinayət işi üzrə növbəti prosesdə ...

    6-02-2025, 20:33

  • 
  • “Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı“ - Erməniəsilli şahid

    “Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət ...

    11-03-2025, 17:57

  • 
  • Rusiyalı milyarder Bakıdan iznsiz Şuşaya gəldi

    Rusiyalı milyarder Bakıdan iznsiz Şuşaya gəldi ...

    21-10-2020, 14:44

  • 
  • Ruben Vardanyanın adının namizədlər siyahısına salınması Nobel mükafatın nüfuzuna xələl gətirir - The National Interest

    Ruben Vardanyanın adının namizədlər siyahısına ...

    14-06-2024, 22:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu