Fransadakı azərbaycanlı partizanlar haqqında Rusiya Federasiyası Müdafiə Nazirliyinin mərkəzi arxivində yer alan məlumat: “1944-cü il avqustun 16-da almanlara qarşı yeraltı işlərdə və Fransada inqilabi fəaliyyətdə şübhəli bilinən aşağıdakı yoldaşlar həbs edildi: 1. Kapitan Mirzəxan Məmmədov, azərbaycanlı. Ünvan: Şuşa şəhəri, "Şeytan-bazarı" küçəsi. 2. Leytenant Mirzəəli Məmmədov, azərbaycanlı. Ünvan: Ağdam rayonu, Çəmənli kəndi. 3. Leytenant Həmid Qurbanov, azərbaycanlı. Ünvan: Ağdaş rayonu, Qara dağ kəndi. 4. Leytenant Paşa Donefrhaili, yəhudi, Azərbaycan vətəndaşı. Ünvan: Bakı şəhəri. 5. Leytenant Qulu Quliyev, azərbaycanlı. Ünvan: Qazax rayonu, İlıqlı kəndi. 6. Leytenant Vəli Vəliyev, azərbaycanlı. Ünvan: Qaraoğlu q. 7. Leytenant Məmməd Həsən Axundov, azərbaycanlı. Ünvan: Masalin rayonu. 8. 3-cü dərəcəli hərbi həkim Fərzulə Qurbanov, azərbaycanlı. Ünvan: Lənkəran şəhəri. 9. Leytenant İsmayıl Heydərov, azərbaycanlı. Ünvan: naməlum. 10. Leytenant Əli Həsənov, azərbaycanlı. Ünvan: Kürdəmir r. Adları çəkilən şəxslərin hamısı 1944-cü il avqustun 17-də leytenant Eystraterin sədrliyi ilə Almaniya hərbi tribunalı tərəfindən təqsirli bilinib. Onlara ən yüksək cəza tədbiri - edam cəzası verilib. Zaur Aliyev
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?