GundemXeber.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.
Qeyd edək ki, o, 1984-cü ildə Neftçala şəhərində anadan olub. Neftçala şəhər 1 saylı tam orta məktəbi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
B.Əhmədov bundan əvvəl Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi işləyib. O, 2020-ci ilin dekabrıda "Vətən uğrunda" medalı ilə təltif olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?