Binəqədi rayon sakinləri tərəfindən gundemxeber.az-ın redaksiyasına Prezident İlham Əliyevə, birinci Vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Daxili İşlər naziri Vilayət Eyvazova, İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyevaya və Binəqədi şəhər İcra Hakimiyyətinə ünvanlanan şikayət məktubu daxil olub.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Məlumat üçün bildiririk ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını narahat edən, onların sosial vəziyyətlərinə təsir göstərən məsələdə həssaslıq və diqqət göstərir. Bu istiqamətdə mühüm tapşırıqlar verir. Cənab Prezidentinin yürütdüyü siyasətin mahiyyəti və məzmunudur ki, hər şey insan üçün, onun rahatlığı, rifahı, daha yaxşı təminatı üçündür. Zaman-zaman paytaxt Bakıda ictimai iaşə obyektlərindən yayılan səs-küylə vətəndaşları narahat edən obyektlərə reydlər keçirilib, obyekt sahibləri barəsində tədbir görülüb. Bütün bunlara baxmayaraq Bakı şəhəri, Biləcəri dairəsində yerləşən "Közüstü" restoranı sakinlərin rahatlığına qənim kəsilib.
Çoxsaylı narazılıqlara baxmayaraq, qanuna, hüquqa zidd hərəkətlərə yol verib özbaşınalıq edir, ətrafda vətəndaşları narahat edilir. Adı ailəvi restoran olan Közüstü restoranı Gecə 00-dək və 00-dan sonra restorandan gələn yüksək musiqi səsləri bütün dörd tərəf ətraf ərazidə yaşayan sakinləri narahat edir. Gecə növbəsində işləyib gündüz yatan, evində xəstəsi olan, hüzürü olan, şagird və tələbələr var.
Xahiş edirik Bakı şəhəri, Biləcəri dairəsində yerləşən ətraf ərazidəki insanların rahatlığına yüksək musiqi səsləri ilə insanların rahatlıqalarına qənim kəsilən Közüstü restoranının fəaliyyətinin araşdırılması və sahibi barəsində tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verməklə bizdən bizdən Öz köməyinizi əsirgəməyəsiniz.
Öncədən Sizə minnətdarıq.
Binəqədi rayonunun çoxsaylı sakinləri adından Hüseynli Alxan"
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?