GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənistanın hərbi rəhbərləri Bakı məhkəməsində: Gəncəyə raket zərbəsi, qanunsuz məskunlaşmalar, qızıl yataqları!

Ermənistanın hərbi rəhbərləri Bakı məhkəməsində: Gəncəyə raket zərbəsi, qanunsuz məskunlaşmalar, qızıl yataqları!

Tarix: 23-06-2025, 22:00 Bölmə :Cəmiyyət Baxış: 270


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 23-də davam etdirilib.

 

 Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Arayik Harutyunyan prokurorların suallarını cavablandırıb. Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran A.Harutyunyan baş ofisi İrəvanda yerləşən Ermənistanın “Hayastan” ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb – red.) üzvü olduğunu, fondun bütün iclaslarında iştirak etdiyini deyib.

İddia edib ki, “Hayastan” fondu həm Ermənistanda, həm də qondarma rejimdə xeyriyyəçilik layihələri ilə məşğul olub. “Fond Qarabağda infrastruktur layihələri həyata keçirib. Məktəblərin və uşaq bağçalarının tikintisi, eləcə də digər xeyriyyəçilik layihələri ilə məşğul olurdu”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs bildirib ki, fond üçün vəsaitlər nağd qaydada toplanmayıb, bank vasitəsilə köçürmə edilib.

A.Harutyunyan deyib ki, fondun ayırdığı vəsaitlər hesabına işləri həyata keçirən podratçıların Ermənistandan, yaxud qondarma rejimdən olmasının fərqi olmayıb: “Tenderdə kim qalib gəlirdisə, işləri onlar icra edirdilər”.

Təqsirləndirilən şəxs Azərbaycanın vaxtilə işğalda olan suveren əraziləri ilə Ermənistan arasında əsas əlaqənin fondun vəsaiti hesabına çəkilən iki yolla (İrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yolları) olduğunu təsdiqləyib və əlavə edib: “Cənub istiqamətində də yollar mövcud idi, lakin bunlar əsasən torpaq yolları idi və onlardan elə də geniş istifadə olunmurdu. Əsas yollarda nəqliyyatın və yükdaşımaların həyata keçirilməsi ilə bağlı hər hansı qadağa yox idi. Lakin bəzi sahələr üzrə məhdudiyyətlər mövcud idi. Məsələn, meşə ağaclarının daşınması ilə bağlı məhdudiyyət tətbiq olunurdu. Sanitar sahələr üzrə nəzarət tədbirləri görülürdü, amma digər sahələr üzrə xüsusi məhdudiyyət yox idi”.

O, həmin yollarla hərbi texnikanın daşınmasına da hansısa məhdudiyyət olmadığını bildirib.

İkinci Qarabağ müharibəsi dövründə fondun vəsaitlərindən istifadə olunmadığını da iddia edən təqsirləndirilən şəxs deyib: “Müharibə dövründə və sonrakı günlərdə xeyli vəsait - təxminən 100 milyon ABŞ dollarından artıq pul yığılıb. Bunların hamısı ev tikintisi üçün toplanmışdı”.

A.Harutyunyan bildirib ki, 44 günlük müharibədən sonra həmin vəsaitlərlə bir neçə yaşayış məntəqəsinin tikintisinə başlanılıb, bir neçə asfalt yol çəkilib. Lakin evlərin tikintisi yarımçıq qalıb.

O, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə Suriyadan və Livandan gətirilən şəxslərin qanunsuz məskunlaşdırıldığını da təsdiqləyib.

Əlavə edib ki, Azərbaycanla sərhədyanı bölgələrdə – Ermənistanın Gorus, Qafan rayonlarında yaşayan Ermənistan vətəndaşlarının bir qismi həmin vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarına gələrək orada qanunsuz məskunlaşıblar: “Çünki həmin ərazilərdə xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün böyük imkanlar mövcud idi. Köçürülən şəxslər əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurdular. Siz Sünik rayonunun coğrafiyasını bilirsiniz. Orada kənd təsərrüfatı aparmaq üçün geniş imkanlar yoxdur. Zəngilan, Qubadlı və Laçın rayonlarında isə bu sahədə imkanlar daha çox idi”.

A.Harutyunyan qanunsuz məskunlaşmaq üçün digər ölkələrdən gələnlərlə müqayisədə Ermənistandan gələnlərin xüsusi təşviq edilmədiyini söyləyib: “Biz onlara mane olmurduq. Onlar harada yaşamaq və nə ilə məşğul olmaq istədiklərini özləri seçirdiər”.

O, Laçın və Kəlbəcər rayonunda erməni milliyyətinən olan şəxslərin sonradan qanunsuz məskunlaşdırıldığını təsdiqləyib: “Bu, sonradan olub. Əvvəllər Laçın rayonunda ermənilər yaşamayıb. Mənim bildiyimə görə Kəlbəcər rayonunda da eyni vəziyyət olub”.

A.Harutyunyan Cəbrayıl rayonunda təxminən 30 evdən ibarət “Araçamux” adlı yaşayış məntəqəsinin salındığını da deyib: “Bu evlərin tikintisi “Tüfingiyan” fondu tərəfindən maliyyələşdirilmişdi. Zabuxdakı evləri “Ari” fonu tikdirmişdi”.

O, Kəlbəcərdə “Sidney” adlı yaşayış məntəqəsinin təşkil edildiyini, 25-dək evin tikintisini Avstraliyadakı erməni icmasının maliyyələşdirirdiyini də söyləyib.

A.Harutyunyan qondarma rejimin büdcəsinin formalaşdırılması məqsədilə hər il Ermənistan büdcəsindən “faizsiz kredit” adı ilə vəsait ayrıldığını, lakin rejimin “ordusu”nun maliyyələşdirilməsində özlərinin rolunun olmadığını söyləyib: “Ordu” ayrıca maliyyələşdirilirdi (Ermənistan tərəfindən – red.). Biz “ordu” məsələlərində iştirak etmirdik”.

A.Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədə də prokurorun suallarını cavablandırıb. O, özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Harutyunyan qondarma rejimin əsas “bankı” kimi təqdim olunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən bank olduğunu söyləyib. Bildirib ki, həmin bankın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Əlavə edib ki, həmin banka lisenziyanı Ermənistanın Mərkəzi Bankı vermişdi. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin bankın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.

“O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi. Bankda uçot dərəcəsini də Ermənistan Mərkəzi Bankı müəyyənləşdirirdi”, - deyə A.Harutyunyan əlavə edib.

Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.

Ardınca A.Haruyunyana Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev tərəfindən Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərdə qanunsuz fəaliyyət göstərmiş “Frank Muller Group”, “Vallex Group”, “Zolotaya Zvezda” və “Vallex Group”un tərkibindəki “Base Metals” şirkəti ilə bağlı suallar verilib. A.Harutyunyan həmin şirkətlərin 2008-ci ildən sonra fəaliyyət göstərdiyini bildirib. Təqsirləndirilən şəxs deyib: “Base Metals” şirkəti dağ-mədən sahəsində fəaliyyət göstərirdi. Onların fəaliyyəti əsasən “Drombon” (Heyvalı – red.) qızıl yatağının istismarı ilə bağlı 2008–2013-cü illəri əhatə edirdi”.

“Base Metals”ın Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən ən böyük şirkət olduğunu söyləyən təqsirləndirilən şəxs əlavə edib: “Təxminən 1500 işçisi var idi. Şirkət tərəfindən 25-30 milyon dollar vergi ödənilmişdi. Şirkətin direktoru Artur Mkrtumyan, sahibi isə Valeriy Mejlumyan idi”.

A.Harutunyan Zəngilan rayonundakı Vejnəli qızıl yatağına “Zolotoya Zvezda” şirkətinin 30 milyon dollardan çox investisiya yatırdığını, lakin layihənin uğursuz olduğunu söyləyib.

Təqsirləndirilən şəxs “Karabax Telekom”la bağlı suallara cavabda şirkətin sahibinin Livan vətəndaşı olduğunu, şirkətin 2001-2002-ci illərdən 2023-cü ilədək fəaliyyət göstərdiyini, 2008-ci ildən hər il orta hesabla 4-5 milyon dollar vergi ödədiyini deyib. Onun sözlərinə görə, bu şirkət qondarma rejimin ikinci ən böyük vergi ödəyicisi olub.

Məhkəmənin davamında A.Harutyunanın qondarma rejimin “rəhbəri” olduğu vaxtla bağlı sənədlər tədqiq edilib, ona bu istiqamətdə suallar ünvanlanıb. Sənədlərin birində o, 2020-ci ildə baş vermiş müharibə zamanı Azərbaycan tanklarını yararsız vəziyyətə gətirmiş hərbçiləri “təltif etdiyini” iddia edib.

Digər sənədə əsasən, A.Harutyunyan onun tapşırığı ilə Gəncə şəhərinə zərbələr endirildiyini söyləyir.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Gəncə şəhərinin bombalanması barədə əmr vermədiyini bildirib: “Elə bir səlahiyyətim olmayıb”.

O, xatırladıb ki, qondarma rejimin “ordusu” Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsidir: “Müstəqil hərəkət etmək səlahiyyəti olmayıb. Həmin birləşmənin bizə tabe olmaq, bizim təlimatları həyata keçirmək hüququ yox idi”.

A.Harutyunyan, ümumiyyətlə, qondarma rejimin “ordusu”nun arsenalında dağıdıcı silahların (“Smerç”, Toçka U” və sair – red.) olmadığını da deyib: “Hansı bölmələrin və konkret kimin əli ilə həyata keçirilməsi barədə məlumatım olmayıb. Neft kəmərlərinin bombalanması haqqında isə mən burada eşitmişəm”.

Məhkəmədə “Azərbaycan Hava Yolları” QSC-dən və digər əlaqədar qurumlardan daxil olmuş, təyyarələrin uçuşuna maneə törədilməsinə, habelə Xankəndidə və Xocalıda içərisində siqnalları qarışdırmaq üçün avadanlıq, PUA-ların siqnallarının vurulması sistemi və s. olan avtomobillərin aşkarlanması, onların ekspertizadan keçirilməsinə dair protokollar tədqiq edilib.

Baş prokurorluğun dövlət ittihamçısı Vüsal Abdullayev A.Harutyunyana Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra həmin torpaqlarda tikinti-quruculuq işləri zamanı kütləvi məzarlıqların aşkarlanmasını xatırladıb və ona bu istiqamətdə suallar ünvanlayıb.

O isə işğal dövründə Ermənistan və qondarma rejim tərəfindən həyata keçirilən tikinti işləri zamanı kütləvi məzarlıqların aşkarlanmamasının səbəbini belə “izah” edib: “Bizim gördüyümüz bütün quruculuq işləri Azərbaycanın indi etdiyinin bir neçə faizini təşkil edib. Ona görə tapmamışıq…”

Təqsirləndirilən şəxs 44 günlük müharibə dövründə Ermənistanın baş nazirinin müavinlərinin, nazirlərinin, deputatlarının həmin vaxt Azərbaycanın işğal altında olan ərazilərinə gəldiyini təsdiqləyib və onlardan bir neçəsinin adını çəkib. Bildirib ki bu şəxslər Ararat Mirzoyan, Suren Papikyan (Ermənistanın indiki müdafiə naziri – red.) və digərləridir.

Məhkəmə prosesi iyunun 30-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən ...

    18-02-2025, 13:48

  • 
  • Serj Sarkisyanın ETİRAFI: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi

    Serj Sarkisyanın ETİRAFI: Şuşa əməliyyatında ...

    28-04-2025, 20:54

  • 
  • Bakı məhkəməsində sarsıdıcı ifadələr: "Yeni müharibə – yeni ərazilər" planı ifşa olundu!

    Bakı məhkəməsində sarsıdıcı ifadələr: "Yeni ...

    19-06-2025, 22:48

  • 
  • Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan 30 gün vaxt istədi

    Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan ...

    27-01-2025, 22:00

  • 
  • Vardanyan və digərləri məhkəmədə - FOTOLAR

    Vardanyan və digərləri məhkəmədə - FOTOLAR ...

    17-01-2025, 22:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu