GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məşhur məmurun oğlu Alışanovun qardaşı oğlunun məhkəməsində dindiriləcək

Məşhur məmurun oğlu Alışanovun qardaşı oğlunun məhkəməsində dindiriləcək

Tarix: 24-06-2025, 13:58 Bölmə :Cəmiyyət Baxış: 157

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

 Nizami Alışan investisiya fəaliyyətilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Prosesdə Nizami Alışanın ibtidai istintaqa ifadəsi elan olunub. Nizami Alışan isitntaqa deyib ki, rəsmi olaraq heç bir yerdə işləməyib. Biznes fəaliyyətindən əldə etdiyi gəlirləri o, şərikləri ilə bölüşdürüb. İş üzrə zərərçəkmiş Babək Məmmədzadəyə gəlirin 2-3 faizini ödəyib. Məlum olub ki, Babək Məmmədzadə Nizami Alışana yatırım olaraq biznes üçün külli miqdarda vəsait verib, xahiş edib ki, yatırım etməsi gizli qalsın. Nizami Alışan ifadəsində biznesdən əldə olunan gəlirdən Babək Məmmədzadəyə çatan pulları ödədiyini bildirib. Maraqlıdır ki, Nizami Alışan istintaqa verdiyi ifadəsinə imza atmaqdan imtina edib.

Məhkəmədə deyib ki, belə bir ifadə verməyib.

“Məndən söhbət zamanı bankda dövriyyədə olan gəlirimlə bağlı soruşulub. Mən də onu izah etmişəm. Lakin həmin sözləri ifadə kimi işə əlavə ediblər”, deyən Nizami Alışan məhkəmədə bildirib.

Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb

Nizami Alışanın vəkili deyib ki, Babək Məmmədzadə ilə bağlı hissədə ittihamda məbləğ 1 milyon 700 min göstərilib. Halbuki ifadədə 1 milyon 300 min manat yazılıb. Vəkil bildirib ki, bu ziddiyyətlər istintaq tərəfindən araşdırılmayıb. Daha sonra bank hesabları barədə arayışlar və digər sənədlər açıqlanıb, banklardan alınan sorğuların cavabları elan olunub.

Nizami Alışan ibtidai istintaqda Zeynal Usubovdan pul aldığını etiraf etməyib. Zeynal Usubov isə ona pul verdiyini deyib. Nizami Alışanın vəkili müvəkkilinin həyat yoldaşı Günel Alışanın əlavə şahid qismində dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. Bundan başqa, hakim bildirib ki, növbəti iclaslara zərərçəkmiş Babək Məmmədzadə də çağırılacaq.

Ötən iclasda Nizami Alişan sərbəst ifadəndə bildirmişdi ki, o, xarici valyuta bazarlarında işləyib: "Bu bazarlara istənilən qədər pul qoya bilirsən, həmin pul qalxa-enə bilir. 2012-ci ildən invest.az fəaliyyətə başladı. Mən də bu işi bilirdim, sosial mediada maliyyə bazarları ilə bağlı bloggerlik edirəm. Analitik yazılar, xarici birjalarla bağlı sosial şəbəkələrdə paylaşımlar etmişəm. 10 mindən artıq izləyəcim var. Zərərçəkən Babəklə xaricdə bir yerdə oxumuşuq. Babəklə sosial-iqtisadi məsələləri müzakirə edirdik. Məndən aldığı məsləhətlərə Türkiyədə xeyli pul qazanmışdı. Biz orda qızıl və türk lirası ilə bağlı proqnozlarımız özünü doğrultmuşdu. Babək özü mənə dedi ki, gəl sənə pul verim, birjada oyna. Hətta deyirdi ki, öz puludur. Deyirdi ki, özünə nə yatırım edirsənsə, mənə də onu elə. İlkin olaraq Babək 100 min dollar pul verdi. Həmin vaxt mənim birjalarda yarım milyon pulum vardı. İlkin olaraq 7-8 min dollar pul verdim. Sonradan işlərimiz yaxşı getdi, 30-35 min dollar pul verdim. Sonradan Babək 400 min dollar pul göndərmək istədiyini, Zeynal adlı dostunu da qoşmaq istədi. Mən istəmirdim, amma dostum idi. Zeynal da 400 min dollar pul yatırdı. Bununla da onlardan 900 min dollar yatırım oldu. Hər ay ona 100 min dollar pul verirdim. Lakin Babək deyirdi ki, pul azdır. Babək artıq üstümə gəlirdi. Artıq risklər etdim, nə qədər itkilər verdim. Bu işin riskli olduğunu həmişə demişəm. O 900 min dollarını istədi mən isə ona dedim ki, o pulu çoxdan qaytarılıb. 2020-ci ildən 2023-cü il ərzində 2 -3 milyon dollar pul qaytarmışam. Lakin o əl çəkmədi, pulunu tələb etdi. Hətta dedi ki, 900 min dolları və üstündə 3-4 aylıq faizini tələb etdi. Sonradan məndən şikayət etdi, tutuldum. Mənə fiziki və psixoloji təzyiqlər etdilər. Məni həbs etdirdilər”.

İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin 3 milyon dollara yaxın pulu ələ keçirilib. Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Nizami Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur. İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib. Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollardır. Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Nizami Alışan cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Nizami Alışanla üzləşdirilib. Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir.

Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Zeynal Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. Proses iyunun 30-da davam edəcək./Musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT

    Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə ...

    23-06-2025, 22:44

  • 
  • Elariz Məmmədoğlunun kürəkəni MƏHKƏMƏ QARŞISINDA: 4 milyonluq DƏLƏDUZLUQ

    Elariz Məmmədoğlunun kürəkəni MƏHKƏMƏ QARŞISINDA: ...

    13-01-2025, 23:50

  • 
  • Məmur övladlarını inandırdı, 4 milyon 156 min manatlarını ələ keçirdi - CİNAYƏT DOSYESİ

    Məmur övladlarını inandırdı, 4 milyon 156 min ...

    7-01-2025, 11:23

  • 
  • Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı

    Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı ...

    12-09-2020, 23:57

  • 
  • Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi

    Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi ...

    13-11-2017, 14:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu