Bu gün Bakı Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin tanınmış ictimai - siyasi xadim Leyla Əliyevanın həyat yoluna həsr etdiyi "İDEA - dan başladı" adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açıq elan edən Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Fondunun Mədəniyyətlərarası Dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (İDEA) təsisçisi və sədri, şairə Leyla Əliyevanının həyat təcrübəsindən, çoxşaxəli fəaliyyətindən geniş mövzu açaraq, kitabın ərsəyə gəlməsi və məqsədi barədə fikirlərini tədbir iştirakçılarına çatdırdı.
Bundan sonra bir sıra ziyalılara, ictimai fəallara və jurnalistlərə söz verildi. Qonaqlar müəllif Vaqif Abdullayevin ərsəyə gətirdiyi kitab haqda xoş təəssüratlarını çatdırdılar, əhəmiyyətini vurğuladılar.
Sonda söz müəllifin özünə verildi.
Müəllif Vaqif Abdullayev Leyla Əliyevanın gördüyü işlərdən və yaradıcılığından bəhs edərək, təqdim olunan kitab haqda ətraflı danışdı. Qeyd etdi ki, kitab vasitəsilə oxucular Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində göstərdiyi səylərin şahidi ola, humanitar, ekoloji problemlərin aradan qaldırılmasında həyata keçirdiyi layihələrlə, qələmə aldığı şeirlərdən bəzi nümunələrlə tanış ola bilərlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?