Gundemxeber.az » Ölkə » Cəmiyyət » KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb
İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib.
Gundemxeber.az bildirir ki, bu barədə KTM-dən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 37 nəfər dərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.
Həmçinin 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər həşərat dişləməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 1 qadın, 2 kişi dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
Gundemxeber.az
4-06-2025, 22:14
2-08-2017, 13:05
16-01-2017, 01:11
9-06-2016, 00:04
17-12-2018, 10:18
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?