Son günlərdə ölkə gündəmini zəbt edən azərbaycanlılara qarşı hücumda iştirak etdikləri ehtimal olunan Rusiya polis əməkdaşlarının fotoları mediada yayılıb.
Gundemxeber.az-ın məlumatına görə, bu barədə teleqram sosial şəbəkəsində fəaliyyət göstərən “Evocation” kanalı informasiya paylaşıb.
Məlumatda qeyd olunur ki, həmin şəxslər Rusiya polisinin mütəşəkkil cinayətkar qrupunun rəhbərliyi və üzvləridir. Onların arasında polkovnik Viktor Poznyak (1984-cü il təvəllüdlü), onun müavini və istintaq idarəsinin rəhbəri polkovnik Nikolay Poçayevets (1981), digər müavin polkovnik-leytenant Rafael Xamidulin (1984) və kadr məsələlərinə cavabdeh müavin Aleksandr Smirnıx (1990) yer alır
Bu polis zabitlərinin ölümlə nəticələnən insident zamanı vəzifə səlahiyyətlərini aşaraq hərəkət etdikləri və bu səbəbdən məsuliyyət daşıdıqları bildirilir.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara reyd keçirib. Həmin əməliyyat zamanı tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları – Ziyəddin və Hüseyn Səfərovlar güllələnərək öldürülüb, bir neçə nəfər isə saxlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?