“Subo”nun ailəsinə məxsus evlərdə və obyektlərdə axtarış aparıldı – Rusiyada azərbaycanlı bloqerin işi böyüyür
Gundemxeber.Az xəbər verir ki, Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanəsilli müğənni və bloqer Sübhan Məmmədovun – sosial şəbəkələrdə “Subo” adı ilə tanınan şəxsin – ailəsinə məxsus bir neçə ünvanda axtarışlar həyata keçirib.
Rusiya mediasının məlumatına görə, hüquq-mühafizə orqanları bloqerin qohumlarının evlərini yoxlayıb. Bildirilir ki, “Subo”ya məxsus “Lamborghini” markalı avtomobil saxta sənədlərlə başqa bir şəxsin adına rəsmiləşdirilərək qeydiyyatdan çıxarılıb. Daha sonra həmin nəqliyyat vasitəsinin satılmasına da cəhd edilib.
Mənbələr bildirir ki, bloqerin qardaşına məxsus “BMW” markalı avtomobilə də həbs qoyulub. Həmin nəqliyyat vasitəsinin rəsmi mülkiyyətçilərinin isə Məmmədovun yaxın dostları olduğu deyilir.
Bundan əlavə, Sübhan Məmmədovun nəzarətində olduğu bildirilən “Soul Burger” adlı ictimai iaşə obyektində də axtarış aparılıb. Hazırda istintaq orqanlarının işi davam etdirilir.
Qeyd edək ki, “Subo” sosial şəbəkələrdə əsasən dəbdəbəli həyat tərzi və şou xarakterli paylaşımları ilə tanınıb. Onun fəaliyyəti son vaxtlar hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?