GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cavid ələ keçirdiyi 450 min vətəndaşın şəxsi məlumatlarını “TikTok”da satacaqmış - Aralarında nüfuzlu şəxslər də var

Cavid ələ keçirdiyi 450 min vətəndaşın şəxsi məlumatlarını “TikTok”da satacaqmış - Aralarında nüfuzlu şəxslər də var

Tarix: Bu gün, 11:54 Bölmə :Cəmiyyət Baxış: 37

Cavid ələ keçirdiyi 450 min vətəndaşın şəxsi məlumatlarını “TikTok”da satacaqmış -
Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olan şəxslərin cinayət işinin təfərrüatı məlum olub. Onlar Azərbaycan vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçiriblər.

 Həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıblar.
Təqsirləndirilən 21 yaşlı Cavid Dünyamaliyev və 18 yaşlı Cəlil Cəlilovdur. Onlara qarşı Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, onlar Səhiyyə Nazirliyinin “e-health.gov.az” və Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüblər.
Daha sonra isə “Telegram” və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.
Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqları fərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları bloklanıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, bu iş üzrə Cavid və Cəlildən başqa şəxslər də məsuliyyətə cəlb edilib. Həmin şəxslər “Telegram” sosial şəbəkəsində “DARK MONEY CHAT” yazışma qrupunda “@Kraker”, “@w1se5” və “@Mosad2x” şərti adlı istifadəçilər, eləcə də digər şəxslərdir. Onlar barəsində açılmış cinayət işi ayrıca icraata verilib.

İstintaqla müəyyən edilib ki, Cavid Səhiyyə Nazirliyinin “e-health.gov.az” sisteminə müdaxilə ilə 450 mindən çox Azərbaycan vətəndaşının şəxsi məlumatlarını ələ keçirib.

Cavid sonradan Cəlillə tanış olub. Razılığa əsasən, Cəlil “TikTok” sosial şəbəkəsində həmin məlumatları paylaşmağa başlayıb. Elanlar yerləşdirərək istənilən şəxs barəsində şəxsi məlumatları sata biləcəklərini qeyd ediblər.
Cavidin ifadəsində diqqət çəkən məqamlar var. O, ifadəsində Səhiyyə Nazirliyinin elektron sisteminə necə müdaxilə etdiyini belə danışıb:
“Səhiyyə Nazirliyinin “e-health.gov.az” sisteminə daxil olmaq üçün “script” kompüter məlumatı hazırladım. “E-health.gov.az”ın kompüter təhlükəsizliyi sistemində yaranan “Covid-19 directory” bazasındakı boşluqdan istifadə edərək sistemə sızdım. Vətəndaşların seriya nömrəsi, ünvan, şəhər kodu, yaş, doğum ölkəsi, qan qrupu, vətəndaşlıq, doğum tarixi, sənədin statusu, faktiki ünvan, tam ünvan, ailə statusu, unikal fərdi nömrə, fin və s. kimi məlumatları əldə edib “Kamatera” şirkətinə aid virtual serverə topladım. 450 min 294 nəfərin məlumatı var idi.
“Discord” yazışma platformasında “Last” ləqəbli şəxslə tanış oldum. Sonra adının Cəlil olduğunu bildim. Dostlaşıb pul qazanmaq qərarına gəldik. Cəlilə “e-health.gov.az” sistemində tapdığım boşluqlar barədə məlumat verdim. Cəlil “TikTok”da vətəndaşların məlumatlarını satmaqla bağlı elanlar verdi. Sonra hüquq-mühafizə orqanları tərəfindən aşkarlanacağımızdan qorxduğum üçün elanları silməsini tapşırdım. Məlumatları başqa heç kimə vermədim”.

Cavid ifadəsində Elm və Təhsil Nazirliyinin “miq.edu.az” saytında istifadəçi girişi (portal) funksiyalarının kibertəhlükəsizliyində buraxılan boşluqlardan istifadə etdiyini bildirib. Söyləyib ki, bu sistemə dəfələrlə daxil olsa da, vətəndaşlara məxsus şəxsi məlumatları öz sisteminə yükləməyib.
Cəlil də eyni məzmunlu ifadə verib. Hər iki şəxs əməllərindən peşman olduqlarını, ilk dəfədir cinayət əməli törətdiklərini deyiblər.
Məhkəmənin hökmü ilə Cavid 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəlil isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaq dövründə Cavid həbsdə idi. Amma Cəlil barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. Məhkəmə Cəlilin həbs edilməsi barədə hökm çıxarıb. Cəlil məhkəmə zalında qandallanaraq cəzaçəkmə müəssisəsinə köçürülüb./Musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyi adından saxta e-mail yaradılıb

    Səhiyyə Nazirliyi adından saxta e-mail yaradılıb ...

    2-09-2019, 13:29

  • 
  • Xarici casus həbs edildi-DTX ƏMƏLİYYATI

    Xarici casus həbs edildi-DTX ƏMƏLİYYATI ...

    18-10-2018, 11:41

  • 
  • Əcnəbilərin milyonlarla vəsaitini qanunsuz yolla ələ keçirən Rusiya və Ukrayna vətəndaşları saxlanılıb

    Əcnəbilərin milyonlarla vəsaitini qanunsuz yolla ...

    23-05-2018, 13:32

  • 
  • Azərbaycanda külli miqdarda pul ələ keçirmiş hakerlər tutuldu

    Azərbaycanda külli miqdarda pul ələ keçirmiş ...

    1-11-2018, 12:15

  • 
  • Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və digərlərinin məhkəməsi başlayıb

    Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və ...

    21-05-2021, 17:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu