GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –VİDEO+FOTOLAR

Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –VİDEO+FOTOLAR

Tarix: Bu gün, 10:26 Bölmə :Cəmiyyət Baxış: 21


 

Böyük bir dövlət təşkilatına rəhbərlik edib də, dövlət siyasətinin əleyhinə getmək və özəl maraqlar xatirinə bir toplumun can sağlığını gözardı etməyin adı başqadır!


Ötən ilin noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirildi. Xatırladaq ki, bu tədbir - BMT-nin İqlim Dəyişmələri Konfransı – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən konfransdır. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün UNFCCC tərəflərinin – Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi, BMT-nin Baş katibi Antonio Quterraş başda olmaqla bir sıra dövlət və hökumət başçılarının iştirak etdiyi Sammit yüksək səviyyədə keçirildi və bir sıra vacib nəticlərələ yadda qaldı. Azərbaycan yaşıl enerji sahəsində yenilikləri ilə Beynəlxalq Ekosistemə töhvələr verməkdə davam edir. Bu dövlət başçımız üçün prioritet məsələlərdən birinə çevrilib...

Təəssüf ki, bu həqiqəti ya bilməyən, ya da bilmək istəməyən yüksək çinli məmurlarımız da var...

                                 

AAYDA-nin “şef”i Saleh Məmmədov kimi...


Bak-Sumqayıt yolunun sol tərəfində, Ceyranbatan qəsəbəsindən sonra “Asfalt zavod” deyilən bir yaşayış massivi var. Adı üstündədir-burada sovetdənqalma, həm də iş qabiliyyətini qoruyub saxlaya bilmiş bir Asfalt zavodu var. Bu zavod Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Bakı 1 nömrəli Yol İstismarı” MMC-nin balansında fəliyyət göstərir. Bundan başqa, elə eyni ərazidə “Bakı 1 nömrəli Yol İstismarı” MMC-nin adı bəlli olmayan, iritonnajlı avtomobillərin qarajı kimi tanınan daha bir idarəsi var...

“Onillərdir ki, bura yaşayış ərazisidir. Gördüyünüz kimi, asfalt zavod da, bu qaraj da yaşayış massıvının ortasındadır. Zavodun tüstüsü, qarajın iritonnajlı maşınları həyatımızı alt-üst edir. İndi hansı zəmanədir ki, hansısa zavoddan belə tüstü çıxsın. Ölkədə ekoloji problemlərlə bağlı ciddi addımlar atılır. Amma, bu rəhbərlər ya “fil qulağında yatıb”, ya da onlara belə sərf edir. Elə bil qəsdən kimlərsə bizim nəfəsimizi kəsir...Uşaq demirlər, yaşlı demirlər, şikəst ediblər bizi. Bu illər ərzində burada bir nəsil yetişib. Təsəvvür edirsiniz, burada dünyaya göz açıb, 30-40 yaşına çatan insanın sağlığı necə ola bilər?

Mən inanmıram ki, Ermənistanın Metsamor AES-i bu dərəcədə zərərli olsun. Dəfələrlə müxtəlif formada etirazımızı bildirsək də, nəticə olmur. Ümidimiz bircə cənab prezidentə qalıb ki, məlumatı olsun və problemin həllini tapşırsın”.

Bu narazılıq sözügedən ərazidə yaşayanların Yenixeber.org-un əməkdaşı ilə söhbətindəndir. Sakinlərin dəvəti ilə sözügedən ərazidə olduq...Video və fotolardan mənzərə aydındır. Necə deyərlər “Görünən dağa nə bələdçi”. Zavodun 10-15 metrliyində yaşayış təsəvvürolunmaz dərəcədə fəlakətlidir. Vətəndaşın da qeyd etdiyi kimi, bu gün hansı zamandir ki, bir zavoddan ətrafı bu dərəcədə çirkləndirəcək zərərli maddələr çıxsın. Bəs filtr deyilən, müasir texnalogiya deyilən nəsnələr də var axı...

 

Biz məlum qanun və prinsiplərə uyğun olaraq 30.06.2025-ci il tarixdə aidiyyatı dövlət strukturlarından ikisinə - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə video və fotolarla birlikdə online rəsmi sorğu ünvanladıq.

Ötən ayın 10-da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini, rəis səlahiyyətlərini müvəqqəti icra edən Emin Ələkbərovun imzası ilə məktub aldıq. Məktubda qeyd edilir ki, 2024-cü ildə bu zavodda monitorinqlər aparılmış və ciddi nasazlıqlar aşkar edilmişdir. Müəssisənin rəhbəri 4000 manat, MMC isə hüquqi şəxs qismində 10500 manat cərimə edilmişdir. Bu il isə aparılan monitorinqlə atmosferə atılan zərərli maddələrin miqdarının normada olduğu müəyyənləşib(?) Və s.

Göründüyü kimi ekoloji duruma sorumlu olan struktur da problemin mövcudluğunu birbaşa etiraf edir.

Artıq bir ayı keçməsinə baxmayaraq hörmətli Saleh Məmmədovdan isə cavab yoxdur... Səbəbini biz bilmirik: cavab yazmağa söz tapılmır, yoxsa sayqısızlıq?

Onu da xatırladaq ki, bir müddət əvvəl mediada hüquqi təmsilçisi Həmzəyev Zaur Oktay oğlu olan “Bakı 1 nömrəli Yol İstismarı” MMC-nin 580 203.89 manat vergi borcu olması haqqında məlumat yayılmışdır. Vaxtı ilə rəisi Saleh Məmmədov olan bu MMC həm də, AAYDA-nın ən böyük idarəsi sayılır.  

                                      

Saleh Məmmədova xatırlatma...


Hörmətli Saleh Məmmədova xatırlatmaqda fayda var ki, ekoloji problem, yaşıl enerji və s. dövlət başçısı cənab İlham Əliyevin prioritet hesab etdiyi və bu istiqamətdə gərəkən addımlar atdığı sahədir. Yazının girişində qeyd etdiyimiz kimi, bu məsələ təkcə ölkədaxili deyil, beynəlxalq tədbirlərdə də, siyasi hakimiyyətin aktiv fəaliyyəti ilə müşahidə edilir. Və Azərbaycan konkret təklif və addımları ilə diqqət mərkəzinə çevrilir.

Haqqında yazdığımız problemin varlığını etiraf etməkdən ötrü isə nə hansısa texnoloji avadanlıqlara, nə də xüsusi biliyə ehtiyac yoxdur. Sadəcə, problemi görmək istəyi və etiraf etmək cəsarəti yetər. Həm də vətəndaş bunu Ermənistanın Metsamor Atom Elektrik Stansiyası ilə müqayisə edirsə... 

Belə olan halda isə rəhbəri Saleh Məmmədov olan dövlət qurumunun hansısa zavodunda ekoloji problemin fontan vurması yumşaq desək anlaşılmazdır. Bəlkə də kimlərsə bunu prezidentin siyasətinin sabotaji kimi də qəbul edə bilər...

Nə olursa olsun, Saleh Məmmədovun bilib və unutmamalı olduğu vacib şərtlər var: Böyük bir dövlət təşkilatına rəhbərlik edib də, dövlət siyasətinin əleyhinə getmək və özəl maraqlar xatirinə bir toplumun can sağlığını gözardı etməyin adı başqadır!

Bunlar çox ciddi faktorlardır. Bu səbəbdən də, unutmaq olmaz ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.../,yenixeber.org/

Mövzunun davamı olacaq.

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti baş tutacaq

    Bu gün COP29 çərçivəsində Dünya Liderlərinin ...

    12-11-2024, 10:17

  • 
  • COP30-un hazırlıq iclasının tarixi bəlli oldu

    COP30-un hazırlıq iclasının tarixi bəlli oldu ...

    30-04-2025, 20:46

  • 
  • Qazaxıstan Prezidenti: COP29-da ölkələr iqlim gündəliyindəki məsələlərdə həmrəylik göstərə biləcəklər

    Qazaxıstan Prezidenti: COP29-da ölkələr iqlim ...

    4-07-2024, 23:27

  • 
  • İngilis aktyor iqlim dəyişikliyinin təsirinə məruz qalan qaçqınlara dəstək göstərilməsini tələb edib

    İngilis aktyor iqlim dəyişikliyinin təsirinə ...

    14-11-2024, 20:48

  • 
  • COP29 konfransı əməkdaşlarının formaları - Foto

    COP29 konfransı əməkdaşlarının formaları - Foto ...

    21-10-2024, 22:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (39)
İyul 2025 (585)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu