GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vaşinqtona "tabutu gedən" Azərbaycan jurnalistikası: KİM BİZİ BU GÜNƏ QOYDU?

Vaşinqtona "tabutu gedən" Azərbaycan jurnalistikası: KİM BİZİ BU GÜNƏ QOYDU?

Tarix: 19-08-2025, 11:03 Bölmə :Cəmiyyət Baxış: 150

Azərbaycan mediası müğənni Rəqsanənin həbsi ətrafında xəbərlərə aludə olanda Vaşinqton zirvəsində yaşanan qanqaraldıcı detalın səbəbi üzərindən sükutla keçməyə üstünlük verildi. Ölkədə Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, mətbuat sahəsinin mütəxəssisləri, bu sektora nəzarəti həyata keçirən iqtidar məmurları cavab axtarmaq istəmədilər ki, azərbaycanlı jurnalist ABŞ lideri Trampın qarşısında niyə belə pərt vəziyyətə düşdü və bizi də utandırdı. Azərbaycanın müstəqil jurnalistikanın inkişaf etdiyini hər platformada deyənlər etiraf etmək istəmədilər ki, 100 ilin başında ABŞ prezidentinə bir azərbaycanlı müxbir sual vermək fürsəti qazanır, onu da doğru-dürüst çatdırmır və Prezident İlham Əliyevin amerikalı həmkarına izah etmək zərurəti yaranır. Halbuki bununla Azərbaycanın və onun dövlət başçının 8 avqust diplomatik ZƏFƏRİNƏ kölgə salındı. Üç ölkə nəhəng bir prosesi həll etdi, amma bir jurnalist kölgə saldı.

Axı nə üçün prezident jurnalistin normal danışa və sual verə bilməməsinə görə Trampa tərcümə etməyə məcbur olmalıdır? Bəlkə bunun günahı azad jurnalistikanın məhv edilməsindədir? Bəlkə elə Medianın İnkişaf Agentliyinin səmərəsiz fəaliyyətindən, hakimiyyətin medianın azadlıqlarını çulğalamasından irəli gəlir? 

Bu üç sualın heç birinə cavab verilməyəcək. Vaşinqtonda heç nə olmamış kimi davam edəcəklər. Əgər mətbuatın inkişafına şərait yaradılsaydı, azad mühit olsaydı, bu sahədən peşəkarlar ordusu çıxardı. Bu gün isə 90-ların yetişdirdiyi mətbuat nəhənglərinin çiyinlərində tabutu gedən jurnalistika artıq yeni parlaq fiqurlar yetişdirə bilmir. Çünki ilbəil azadlıqlar buxovlanır. Müstəqillik olmayan yerdə isə tərəqqi və peşəkarlıq olmur. Ona görə də Vaşinqtona gedən əslində, bir azərbaycanlı jurnalist yox, çoxdan dəfn edilmiş Azərbaycanın müstəqil mətbuatının “meyiti” idi. 

...Dünya dəyişir, tik-tok kimi sosial media platformaları fikirlərdə inqilab edir, çatgpt meydana çıxıb, informasiya əsrində xəbərin sürəti az qala işıq sürəti kimidir və biz iməkləyirik. Hələ də primitiv qadağalar, senzuralar, hələ də kustar yanaşmalar, hələ də əttökən, idbar və banal tərif dolu yazılar, məddahlığın dibinə qədər çökən məqalələr...Budur, Azərbaycan mətbuatının gəlib çıxdığı nöqtə - Vaşinqtonda bizi tam ifadə elədi. Lakin heç bir media eksperti, jurnalizmin inkişafını nədə görənlər ağzını açıb demədi ki, niyə Birləşmiş Ştatlarda dünya ictimaiyyətinin gözü qarşısında gülməli vəziyyətə düşdük? 

O sualı verən müxbirdə təqsir axtarmağa gərək yoxdur, məsələ Azərbaycanda azad mətbuatın dişlərinin sındırılmasından gedir. Və bu mırıq ağzı ilə danışan ölkə mediasının pəltək olması da, dili topuq vurması da qətiyyən təəccüb doğurmamalıdır. Çünki normal, azad media mühiti olsaydı, nə peşəkarlar yetişərdi, bir biləsiniz. İndi isə hər yerindən duran bir xəbər portalı açıb, baş redaktoru bir informasiyanı qaydalara uyğun yazmağı belə bacarmır, amma hansısa məmurun himayəsindədir, Medianın İnkişaf Agentliyi saytı qalib elan edərək hər ay üç min manat maliyyə ayırır. Bəs medianın əsl inkişafı? O necə olacaq? Ritorik sualdır...

Ümumiyyətlə, məmur himayəsində olan bir mətbuat irəliləyə bilməz. O, diktə altındadır. Yəni icazəli azadlıqları var. Bu da istər medianın inkişafına, istər peşəkarlıq səviyyəsinin artmasına əngəl olur. Görünür, hakimiyyətdəki strateqlər də bu haqda düşünməlidirlər. Söhbət təkcə sualın Trampa düzgün çatdırılmamasından getmir, bu sadəcə, bir nümunədir, onlarla səbəb göstərmək olar ki, mətbuat niyə inkişaf etmir. Alyaskada keçirilən brifinqdə Putinin təbirincə desək, “ilkin səbəblər aradan qaldırılmalıdır”.

Yəni azad mətbuatın tabutuna vurulan mismarlar çıxarılmalı, ona heç olmasa nəfəsliklər verilməlidir. Bu nəfəsliklər isə “Tramp marşrutu” qədər əhəmiyyətli və perspektivlidir – tənqid, tənqid və tənqid. Jurnalistikanın işi qaranı göstərməkdir, ağ onsuz da görünür. Medianın müstəqilliyini boğmaq, problemləri işıqlandırmağa məhdudiyyətlər qoymaq, tənqidə dözümsüz yanaşmaq, məmurlara güldən artıq söz deməyə imkan verməmək bizi Vaşinqtona bu vəziyyətdə aparıb çıxarmalıydı. Tənqidi jurnalistika inkişaf etmirsə, heç bir yüksək səviyyəli nəticələrdən danışmaq mümkün deyil. Ona görə də Ramiz Rövşənin çox sevdiyim şeirlərindən biri ilə bu sətirləri başa vurmaq istəyirəm: 


Kim qoydu bu büstü bizə

Kim bizi bu günə qoydu

Heç kim yanımıza gəlməz

Hamı gələr üstümüzə...


Azər Talıbov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı jurnalist vəfat etdi

    Azərbaycanlı jurnalist vəfat etdi ...

    18-01-2014, 10:57

  • 
  • Azərbaycanlı jurnalist vəfat etdi

    Azərbaycanlı jurnalist vəfat etdi ...

    5-11-2018, 17:06

  • 
  • Azərbaycana, yoxsa Əfqanıstana gəldiyini bilməyən alman jurnalist bizə demokratiya dərsi keçmək istəyir

    Azərbaycana, yoxsa Əfqanıstana gəldiyini bilməyən ...

    25-08-2018, 21:00

  • 
  • Azərbaycanın Rusiyadakı səfirliyindən şikayət: - Deputat da diplomatik korpusu tənqid etdi

    Azərbaycanın Rusiyadakı səfirliyindən şikayət: - ...

    7-07-2020, 14:55

  • 
  • Mətbuat Şurası “Vaşinqton Post”a cavab verib

    Mətbuat Şurası “Vaşinqton Post”a cavab verib ...

    6-09-2017, 14:14


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (60)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu