DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə təhlükəsizliklə bağlı əməliyyat tədbirlərini davam etdirir.
Tədbirlərlə TikTok və Instagram üzərindən qadınların səhifələrinə kiberhücum edərək şəxsi məlumatlarını ələ keçirən, fotoları və videoları dəyişdirib şantaj edən 22 yaşlı Rəşad Məmmədov olması müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib.
O, qadınların adına saxta profillər yaradaraq rüsvayedici materialların silinməsi müqabilində pul tələb edib.
Fakt üzrə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?