gundemxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Pirallahı rayonunda ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?