İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün İsmayıllı şəhərində qeydə alınıb.
Rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədova Fəxriyyə Gülağa qızı bu gün məhkəmə qərarı ilə həyat yoldaşından boşandıqdan sonra atasının evinə gedərək orada sirkə turşusu içərək özünü zəhərləyib. Ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılan 3 uşaq anası Fəxriyyə Məmmədova ilkin tibbi yardımdan sonra müalicə üçün təcili olaraq Bakı şəhərinə aparılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?