"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu kücəsində qeydə alınıb. Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi "Toyota - Prado" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "VAZ-2107"-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub. Qeyd edək ki, "Toyota - Prado" markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir. Faktla bağlı araşdırmalara başlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?