Dünən səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində - Məmməd Araz küçəsində yerləşən "Ramada" hotelin qarşısında lüks idman avtomobilinin İTV-nin xidməti maşınına çırpılması hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
gundemxeber.az lent.az-a istinadən xəbər verir ki, 20 yaşlı Musa Həşimovun idarə etdiyi "Chevrolet Camaro" markalı, 99 LS 715 dövlət qeydiyyat nişanlı avtomobil İTV telekanalına məxsus "Shkoda" markalı, 10 PK 506 nömrəli maşına çırpılandan sonra yol kənarında dayanmış 1979-cu il təvəllüdlü İsmayılov Kənan Mübariz oğlunu vurub. Hadisə nəticəsində İTV-nin sürücüsü ilə digər əməkdaşı, eləcə də "Chevrolet Camaro"nun sürücüsü xəstəxanaya aparılıblar. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Yol kənarında dayandığı zaman bədbəxt hadisə ilə üzləşən Kənan İsmayılovun isə xəsarəti daha ağır olub. Onun sağ ayağı pəncə hissədən kəsilib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?