Ötən gün Bakıda əsən güclü külək nəticəsində sağlam, inkişafda olan bir ağac kökündən çıxaraq maşının üzərinə aşıb.
gundemxeber.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, ötən gün güclü külək nəticəsində Bakının Nizami rayonunda üçtikan şeytanağacı tamamilə kökündən çıxıb və pikap avtomobilin üstünə aşıb:
"Lakin maşının üzərində yük olduğundan avtomobilə güclü zərər dəyməyib. O yük olmasaydı, ağac maşına ciddi zərər vurardı".
O.Məmmədov əlavə edib ki, güclü küləklə əlaqədar olaraq, Bakının Nəsimi rayonunda 4 yerdə, Yasamal rayonunda isə 2 yerdə ağacların budaqları sınıb. Onların arasında "Qırmızı kitab"a düşən 1 ədəd Eldar şamı ağacı da olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?