Məlumata görə, hadisəni törədən sürücünün adı Vasifdir. O, Gəncə şəhərində “İmperial” şadlıq sarayında müğənnilik edir.
58 yaşı olan piyada Gəncədə 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edir. Adı Səidədir. Zərbənin gücündən qadının bir ayağı dizdən qopub, özü isə maşının qabaq şüşəsindən salona girib.
Əldə etdiyimiz məlumata görə, hadisəni törədən sürücünün adı Vasifdir. O, Gəncə şəhərində “İmperial” şadlıq sarayında müğənnilik edir.
Hadisənin başvermə səbəbinə gəlincə isə bildirilir ki, həmin vaxt Vasif başqa bir maşınla yarışırmış. Bu səbəbdən də qadın yola çıxanda maşını saxlaya bilməyib. (PressClub.Az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?