Gədəbəy sakini xəsarətlə xəstəxanaya yerləşdirilib
Rayonun Nağılar kənd sakini 1965-i il təvəllüdlü Ələkbərov Firudin Həbib oğlu qarının kəsilmiş-deşilmiş yarası ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
F. Ələkbərov əməliyyat olunub, vəziyyəti orta-ağırdır. O, Gədəbəy rayonunda qayalıqdan yıxılaraq xəsarət aldığını bildirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?