Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var.
Hadisə Daşkəsən Gəncə avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.
Rayon sakini 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğlunun idarə etdiyi “Hyunday” markalı avtomobillə rayon sakini 1957-ci il təvəllüdlü Həsənov Ziyadxan Yəhya oğlunun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Qəza zamanı hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
F. Cəfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin sədridir.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?