Hindistan polisi Dehlidə kişinin cinsiyyət orqanını kəsən qızı axtarır. Qızın 23 yaşı olduğu deyilir.
Qız 4 ildir münasibətdə olduğu 35 yaşlı Ravi adlı kişiyə ona ərə getmək istədiyini söyləyib. Kişi isə onun istəyini rədd edib və bildirib ki, ailəsi onların evlənməyini istəmir.
Söhbət bir dəfə bağlansa da, ikinci dəfə evlənmək mövzusu açılanda onlar arasında ciddi mübahisə yaranıb. Qadın Ravini hamama aparıb, əlində bıçaqla cinsi əlaqədə olmağa məcbur edib və bildirib ki, onunla evlənməlidir.
Ravi etiraz etdikdə qadın onun cinsiyyət orqanını kəsib və qaçıb.
O, xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, Ravi bir daha cinsi əlaqədə ola bilməyəcək./milli.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?