Türkiyədə toy mərasimi keçirilən sarayda transformator partlayıb.
Partlayış zamanı tüstü zala dolub. Tüstüdən zəhərlənən gəlinlə bəy də daxil olmaqla 14 nəfər xəstəxanaya çatdırılıb. Hadisə Elazığ rayonunun Ataşehir məhəlləsində yerləşən bir şadlıq sarayında baş verib. Məlumata əsasən, partlayış səsini eşidən toy iştirakçıları panikaya düşüblər, sonra partlayışın transformatorda baş verdiyi məlum olub. Partlayış zamanı əmələ gələn tüstü tez zamanda toy salonunu təsiri altına alıb. Hadisə yerinə xilasedicilər cəlb olunub. Zal boşaldılıb, zərərçəkənlər isə xəstəxanalara çatdırılıb./musavat.com/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?