Yaxın vaxtlarda amnistiya veriləcəyi gözlənilmir. Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev amnistiya gözləntilərinə aydınlıq gətirərkən deyib.
O, amnistiya aktının ötən il tətbiq olunduğunu xatıladıb: “Novruz bayramında əfv sərəncamı verildiyini, 2016-cı ilin mayında amnistiya tətbiq olunduğunu nəzərə alsaq, yeni bir aministiya veriləcəyi gözlənilmir”. Növbəti amnistiya aktının tətbiqinə gəlincə, Komissiya üzvü bunları bildirib: “2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi və mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində amnistiya verilə bilər. Hər halda indidən qəti fikir söyləmək çox tezdir. Amma əminliklə deyə bilərəm ki, bu ilin sonuna qədər amnistiya tətbiqini real hesab etmirəm”. Xatırladaq ki, ötən il Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın təşəbbüsü ilə "28 May” - Respublika günü münasibətilə amnistiya elan edilib. Amnistiya qərarı ümumilikdə 10868 nəfərə şamil olunub. Amnisitiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad edilməsi qərara alınıb.
Ukrayna kiberhücumun arxasında Rusiyanın olduğunu deyib
Ukrayna təhlükəsizlik xidməti (SBU) keçən həftə baş vermiş kiberhücumla Rusiyanın əlaqəsi olduğunu sübüt edən dəlillər əldə etdiyini bildirib. SBU keçən həftə biznesləri hədəfə alan kiberhücumu keçən ilin dekabr ayında Ukraynanın paytaxtını hədəfləyən kiberhücumla əlaqələndirən məlumatı əldə etdiyini deyib. Çərşənbə axşamı günü virusun yayılmasından əvvəl kiberhücumla bağlı problemləri ilk elan edən Ukrayna şirkətləri olub. Rəsmi Moskva hücumla əlaqələri olduğuna dair iddiaları təkzib edərək "əsassız" adlandırıb. Dünya boyu kompüter şəbəkələrinə yayılan virus kompüterləri donduraraq rəqəmsal və izləməsi mümkün olmayan Bitcoin valyutası ilə ödəniş tələb edir. Lakin kiberhücum həmçinin Rusiyanın böyük şirkətlərinə də yayılıb. Bu səbəbdən bəzi kibermühafizə təhqiqatçıları hücumun arxasında Rusiyanın olduğunu düşünmürlər. Lakin şənbə günü, SBU beynəlxalq antivirus şirkətlərindən aldığı məlumat nəticəsində hazırki hücum və "Petya" adlı virusun keçmişdə istifadəsi ilə əlaqə olduğunu aşkar etdiyini və virusun əsas məqsədinin pul ödənişləri almaq olmadığını iddia edib. SBU pul ödənişi tələbinin sadəcə virusun əsl məqsədini gizlətmək üçün istifadə edilən üsul olduğunu deyib. SBU virusun əsl məqsədinin dövlət və özəl şirkətlərin fəaliyyətlərini məhdudlaşdırmaq və siyasi sabitliyi pozmaq olduğunu bildirib. Budəfəki hücumda Ukraynanın daha ağır ziyanvermə məqsədilə hədəfə alındığı görünür. 24 saat ərzində polisə kompüter sistemlərinə müdaxilə barədə mindən çox müraciət gəlib. Ümumilikdə 150 şirkət polisə hücumla bağlı şikayət ərizələri göndərib. Dekabr ayında Ukraynanın maliyyə, nəqliyyat və enerji sistemləri kiberhücuma məruz qalmışdı. Nəticədə paytaxt Kievdə elektrik bir müddət kəsilmişdi. Bu hücum dünya boyunca baş verən WannaCry virusu kiberhücumundan yalnız 2 ay sonra baş verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?