Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi girişi məhdudlaşdırılan və ya məhkəmənin qərarı ilə bağlanan internet saytlarının “Qara siyahısı”nı hələ də hazırlamayıb.
Bu barədə məlumatı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Feysbuk səhifəsində yazıb.
O bildirib ki, bir müddət öncə qanunvericiliyə edilən dəyişikliklərə görə girişi məhdudlaşdırılan və ya məhkəmənin qərarı ilə bağlanan internet saytların “Qara siyahısı” NRYTN yanında Elektron Təhlükəsizlik Mərkəzi hazırlamalıydı. Lakin Nazirlik bu siyahını hələ də hazırlamayıb.
Qeyd edək ki, girişi məhdudlaşdırılan saytların bağlanma səbəbləri ilə bağlı müvafiq mesajlar bu saytlara giriş zamanı görünməliydi. Lakin indiyədək bağlanan və ya girişi məhdudlaşdırılan saytlara daxil olduqda hər hansı rəsmi mesajlar görünmür.
Məsələ ilə bağlı ötən həftədən göndərilən sorğumuza Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hələ də cavab verməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?