Ötən gün axşam Zığ şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
““99-KF-321” dövlət nömrə nişanlı avtomobili idarə edən Tərlan adlı sürücü yol kənarı ilə hərəkət edən velosipedçini vurub. Qəza nəticəsində velosipedçi Heydər İsmayılov ciddi xəsarətlər alıb, qabırğası qırılıb. Qəza zamanı xəsarət alan idmançı tək olmayıb. Onunla bərabət 30-a yaxın “Cyclemania” qrupunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının üzvləri olub. Qəzadan sonra Heydər İsmayılov Suraxanı rayon xəstəxanasına, daha sonra isə “Baku City Hospital”a yerləşdirilib. Hadisənin baş verdiyini velosipedçi Heydər İsmayılov da təsdiqləyib.
O, açıqlamasında deyib ki, hazırda qəza ilə bağlı iş Suraxanı rayon Polis İdarəsindədir./ölkə.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?