GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Qalmaqal: Türkiyə şirkəti “qanunsuzdur” deyib Bakıda binanı yerlə yeksan etdi, hakim soruşdu... - Kimin göstərişi ilə?

Qalmaqal: Türkiyə şirkəti “qanunsuzdur” deyib Bakıda binanı yerlə yeksan etdi, hakim soruşdu... - Kimin göstərişi ilə?

Tarix: 27-04-2017, 18:20 Bölmə :Kirminal Baxış: 503
Qalmaqal: Türkiyə şirkəti “qanunsuzdur” deyib Bakıda binanı yerlə yeksan etdi, hakim soruşdu... - Kimin göstərişi ilə?


Bu gün 2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsində “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialına qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim İntizar Bayramova sədrlik edib.

Prosesdə iddiaçı tərəfin nümayəndəsi Nazim Nəsirov çıxış edərək bildirib ki, 2012-ci ildə Nərimanov rayonu, Gülər Qədirbəyova küçəsi, 5 saylı ünvanda “Heydər Əliyev Mərkəzi”nin qarşısında yerləşən ərazidə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi ilə əvvəlcədən razılaşdırılmış layihə əsasında çoxmərtəbəli yaşayış binasının inşasına başlanılıb. İnşası planlaşdırılan çoxmərtəbəli yaşayış binasında yeni mənzil almaq arzusunda olan 100-dən artıq vətəndaşla "Svit Haus" tikinti şirkəti arasında əvvəlcədən cəmiyyətin hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri ödənilərək müqavilələr imzalanıb.

Türkiyə şirkətinin texnikaları yarımçıq binanı qəfildən darmadağın edir

Sonradan “Heydər Əliyev Mərkəzi”nin və “Konqres Holl”un ümumi konsepsiyasına uyğunlaşdırılması məqsədilə yeni layihənin təklif ediləcəyini nəzərə alaraq müvafiq dövlət orqanları tərəfindən yekun qərar qəbul edilənə kimi işlər müvəqqəti dayandırılıb. Ərazi müvafiq dövlət qurumu tərəfindən mühafizəyə götürülüb və tikinti işlərinin davam etdirilməsinə icazə verilməyib. Dövlət orqanları tərəfindən həmin problemin həlli ilə bağlı yekun qərarın qəbul edilməsi 3 il çəkib.

"Svit Haus" MMC-nin rəhbərliyinin etdiyi çoxsaylı rəsmi və qeyri-rəsmi müraciətlərə cavab verilməyib, məsələnin müzakirə edilməsindən daima yayınılıb. Lakin parkinq yeri və 4-cü mərtəbəsinə kimi qaldırılmış yarımçıq tikili 2016-cı ilin avqust ayının 20-dən etibarən 2-3 gün ərzində həmin ərazidə parksalma və abadlaşdırma işləri üçün sonradan podratçı kimi seçilmiş “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı tərəfindən məhkəmə qərarı olmadan, tikinti materialları ilə birlikdə qanunsuz sökülüb, yerlə yeksan edilib. Vətəndaşların və şirkətin hüquqları pozulub.

“Svit Haus” şirkətinin vəkili və nümayəndəsi Kamandar Nəsibov çıxış edərək bildirib ki, söhbət “Svit Haus” MMC-nin inşa etdiyi binanın sökülməsindən deyil, tamamilə məhv edilməsindən, dağıdılmasından gedir:“Binanın inşasının dayandırılması ilə bağlı bir neçə dəfə məsələ qaldırıldı. Sonda təxminən 2016-cı ilin ortalarında göstəriş verildi ki, tikinti dayandırılsın. Lakin tikintinin sökülməsinə dair heç bir söhbət aparılmamışdı. Buna görə də, həm şirkət, həm də mənzil alan sakinlər ümid edirdilər ki, bu məsələ yaxın zamanda həllini tapacaq, binanın inşası davam etdiriləcək”.

“On-on beş nəfər idmançı görkəmli şəxsləri ora gətiriblər, texnikanı yeridiblər...”

Vəkil K.Nəsibov qeyd edib ki, qəflətən ötən ilin avqust ayının 20-də sözügedən şirkətin inşa etdiyi yarımçıq bina sökülüb: “On-on beş nəfər idmançı görkəmli şəxsləri oraya gətiriblər, heç kimi içəri daxil olmağa qoymayıblar.Texnikanı yeridib, tikilini məhv ediblər. Sökülən binanın ikimərtəbəli yeraltı dayanacağının sahəsində 500 min dollardan yuxarı dəyərində tikinti materialları olub. Tikinti işləri dayandırıldığına görə həmin inşaat materialları orada saxlanılırdı. Heç olmasa, o materialları çıxarmağa imkan verəydilər. Amma onu da tikinti ilə birlikdə yerlə-yeksan ediblər. Həmin bina uçurulsa da, yerləşdiyi sahə yeni salınan parkın ərazisinə daxil edilməyib. Belə olan halda onu uçurmağa nə ehtiyac vardı?”

Kamandar Nəsibov həmçinin bildirib ki, bina sökülən zaman oradan mənzil alan çoxsaylı sakinlər həmin əraziyə toplaşıb və söküntüyə etiraz ediblər. Sakinlərin dediklərinə görə, həmin vaxt oraya vəzifəli şəxslər gəlib. Türk şirkətinin filialına rəhbərlik edən şəxs isə sakinlərə “Bizlik heç nə yoxdur, göstəriş verilib, onu yerinə yetirmişik” deyib.

“Bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət etdik, müraciətlərimizə cavab verilmədi. Nərimanov rayon icra başçısı isə bizə cavabında söküntünün onlara aidiyyatı olmadığını, binanın yaxınlıqda abadlıq işləri aparan türk şirkəti tərəfindən söküldüyünü dedi”, - vəkil qeyd edib.

Hakim soruşur: “Bina kimin göstərişi ilə sökülüb?

Hakim İntizar Bayramovanın “Bina kimin göstərişi ilə sökülüb?” sualına K.Nəsibov belə cavab verib:“Göstərişi verən şəxs kim olursa olsun, qanunsuzdur. Heç kim məhkəmənin qərarı olmadan qanunsuz söküntü apara bilməz. Çünki bizim sivil dövlətdə belə şey ola bilməz. Bu nə özbaşınalıqdır?”

Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialının nümayəndəsi Elyar Qasımov iddia ərizəsinə etirazını bildirib. O, etirazı yazılı şəkildə məhkəməyə təqdim edib. E.Qasımov həmin ərazidə heç bir bina olmadığını məhkəmənin diqqətinə çatdırıb: “Bu şirkət camaatı aldadıb, heç bir bina tikməyib, ora boş sahə olub, biz heç nə söküb dağıtmamışıq.Dövlət Proqramı əsasında bizə təqdim olunan layihə üzrə abadlıq işləri aparmışıq, park salmışıq. Hazırda camaat orada istirahət edir”.

Vəkil: “Get optika mağazasına, özünə eynək al”

Cavabdeh tərəfin nümayəndəsi E.Qasımovun izahatını vəkili K.Nəsibov ironiya ilə qarşılayıb:

“Sizin izahatda göstərdiklərinizlə etirazda yazdıqlarınız bir-birinə tamamilə ziddir. İzahatda qeyd edirsiniz ki, ora boş sahə olub və siz heç nə uçurub dağıtmamısınız. Lakin etirazınızda konkret olaraq göstərmisiniz ki, “Svit Haus” MMC guya özünə məxsus olmayan ərazidən istifadə edib, tikinti norma və qaydalarına riayət etməyib. İş materiallarında kifayət qədər foto və video var. Siz yaxşı olar ki, optika mağazasına gedib, eynəklərinizi dəyişdirəsiniz - orada dördmərtəbəli tikinti olub. Əgər siz bunu görməmisinzisə, demək, görmənizdə ciddi problemlər var”.
Əgər hansısa tikinti qanuni deyilsə Türkiyə şirkəti onu uçura bilər?

Hakim İ.Bayramova iddiaçı tərəfdən torpaq sahəsinin ayrılması və binanın tikilməsinə görə icazə verilməsi ilə bağlı sənədləri, cavabeh tərəfdən isə həmin tikintinin sökülməsinə və abadlaşdırma layihəsinə dair sənədləri məhkəməyə təqsim etmələrini istəyib. Həmçinin türk şirkətinin özünün məhkəmə iclasında cavabdeh şəkildə iştirak edilməsinin vacibliyini xatırladıb.

K.Nəsibov iddia predmeti olan bütün sənəd və sübutları məhkəməyə təqdim etdiklərini deyib. Vəkil Kamandar Nəsibov onu da deyib ki, “Svit Haus” şirkətinin həyata keçirdiyi tikintinin qanuni və ya qanunsuz olub-olmaması Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin səlahiyyətində deyildi: “Belə çıxır ki, hansı bina qanunsuzdursa, türk şirkəti gəlib onu uçurub dağıtmalıdır? Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyəti, müvafiq dövlət orqanları var. Bu məsələ onların səlahiyyətindədir. Yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra söküntü işləri aparıla bilər”.

Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tikinti şirkəti məhkəməyə verildi

    Tikinti şirkəti məhkəməyə verildi ...

    5-10-2015, 13:06

  • 
  • Binadakı yanğınla bağlı məhkəmə prosesi davam etdirildi

    Binadakı yanğınla bağlı məhkəmə prosesi davam ...

    20-09-2016, 13:58

  • 
  • Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

    Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN ...

    5-04-2016, 16:00

  • 
  • Çoxmərtəbəli binalara yeni liftlər quraşdırılır

    Çoxmərtəbəli binalara yeni liftlər quraşdırılır ...

    24-11-2013, 12:10

  • 
  • “AKKORD” şirkətinin inşa etdiyi yaşayış binasında yanğın olub

    “AKKORD” şirkətinin inşa etdiyi yaşayış binasında ...

    25-12-2016, 20:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu