Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1979-cu il təvəllüdlü Məmmədov Müslüm Tahir oğlununun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?