Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb. Şəhər sakini 1986-cı il təvəllüdlü Camalov Elsevər Sərdar oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.
Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Araşdırma zamanı məlum olub ki, Elsevər Camalov həmyerlisi tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs qaçıb. Hazırda Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən onun saxlanılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Sorğu
Yeni dizaynımız necədir?