Həbsdə olan jurnalist Fikrət Fərəməzoğluya iyunun 14-də hökm oxunub. “Jam.az” saytının rəhbəri olan jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yeddi il azadlıqdan məhrum edilib. Eyni zamanda, ona iki il jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Bugünkü məhkəmədə hökm elan olunmamışdan öncə Fikrət Fərəməzoğlu son sözünü deyib: “6 ay 24 günlük məhkəmədə zərrə qədər də ədalət olmadı. Prosesin gedişində özümü sehrbaz, cin atına minmiş adam kimi hiss elədim. Naxçıvanda ola-ola Bakıdakı adamla görüşmək üçün gərək cin atına minib gələsən. İttiham aktı təpədən-dırnağa qədər yalandır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?