GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Azərbaycanda inqilabi yenilik: Cinayət Məcəlləsində nələr dəyişəcək? - DETALLAR

Azərbaycanda inqilabi yenilik: Cinayət Məcəlləsində nələr dəyişəcək? - DETALLAR

Tarix: 5-07-2017, 17:27 Bölmə :Kirminal Baxış: 572
Azərbaycanda inqilabi yenilik: Cinayət Məcəlləsində nələr dəyişəcək? - DETALLAR

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə kompleks dəyişikliklər ediləcək. Bununla bağlı qanun layihəsi ötən həftə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisinə göndərilib.


Məlum olduğu kimi, ölkə başçısı tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalanıb. Həmin sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyub.

Prezident İlham Əliyevin humanist siyasətinin təzahürü olan həmin sərəncam sözün həqiqi mənasında inqilabidir və ölkənin hüquq sisteminin əsaslı şəkildə yenilənməsinə və müasirləşməsinə imkan yaradacaq. Eyni zamanda bu mühüm sənəd cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutmaqla növbəti islahatların həyata keçirilməsinə mühüm təkan verəcək.

Sərəncamdan sonra verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Baş Prokurorluğu, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. İşçi qrupu cəza siyasətinin humanistləşdirilməsi məqsədilə sərəncamda qeyd olunan konkret istiqamətlər üzrə təkliflər təqdim edib.

Təkliflər hərtərəfli təhlil edilib, qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb.

Sözügedən qanun layihəsi ötən həftə Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə göndərilib.

Əhatəliliyinə, konseptuallığına və tənzimləmə sahəsinə görə son dövrlərdə hazırlanan ən geniş təkliflər paketi hansı yeniliklərdən ibarətdir?

Bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçirilir. Qanun layihəsinə əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Bununla yanaşı, ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Nəticədə bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçmiş olacaq.

Cinayət Məcəlləsinə yeni cəza növü daxil edilir

Bundan başqa azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib. Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasıdır.

Məhkumların sayı kəskin azalacaq

Aparılmış təhlillər göstərib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mövcud olan cinayət tərkiblərinin 60 faizinin sanksiyasında azadlıqdan məhrumetmə alternativsiz olaraq yeganə cəza növü kimi nəzərdə tutulur. Bu tərkiblərin təqribən 40 faizini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Sanksiyalarda alternativ cəzaların olmaması son nəticədə azadlıqdan məhrum edilmiş şəxslərin sayının artmasına səbəb olurdu.

80 cinayət növü üzrə həbs cəzası ləğv olunur

Yeni müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzası məhz bu problemin aradan qaldırılmasında mühüm vasitə olacaq. Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib.

Məhkumların elektron nəzarət vasitələri ilə hərəkətləri izləniləcək

Bu cəzanın mühüm xüsusiyyəti böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxsin ailənin və cəmiyyətin islahedici təsirindən istifadə edərək islah olunmasına şərait yaradılmasından ibarətdir. Belə şəxslərin cəzanın çəkilməsi şərtlərinə riayət etməsinə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nail olunacaq. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin üzərinə elektron nəzarət vasitələri yerləşdiriləcək və onların yerdəyişmələri daim monitorinq olunacaq.

Məhkumlar islah olunacaq

Elektron nəzarət vasitələrinin tətbiqi sahəsində Avropa ölkələrində aparılmış tədqiqatlar göstərir ki, belə vasitələrin tətbiq edildiyi məhkumların 91 faizi cəzanın çəkilməsi şərtlərini pozmur, 94 faizi isə yenidən cinayət törədilməsindən çəkinir. Elektron nəzarət vasitələrindən, həmçinin şərti məhkumetmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutlarının tətbiqi zamanı istifadə ediləcək.

Əməllərə görə cəzalar yumşaldılır

Bundan əlavə, qanun layihəsinə əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib.

İqtisadi cinayətlərlə bağlı yenilik

Qanun layihəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətdə qanunvericilik liberallaşdırılıb. Bu sahədə törədilən əməllərin ictimai təhlükəliliyi əksər hallarda maddi ziyanın vurulması ilə əlaqədar olur. Yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilirlər. Daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslər isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli (bəzi cinayətlərə görə iki misli) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilirlər.

Zərərçəkmiş şəxslə barışma institutu təkmilləşdirilir

Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub.

Narkomanlar məcburi müalicə ediləcək

Qanun layihəsində nəzərdə tutulmuş konseptual məsələlərdən biri də cinayət qanunvericiliyində narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətmiş şəxslərə qarşı münasibətin dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düçar olmuş insanlar kimi qəbul edilirlər. Satış məqsədi olmadan narkotik vasitə əldəetmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilir. Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən azad edilir. Bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə verilir. Müalicədən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb edilir.

Qeyd edilən qanun layihəsi Sərəncamla verilmiş tapşırıqların icrası çərçivəsində hazırlanmış ilk aktdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə də dəyişikliklərin edilməsi nəzərdə tutulur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • PA rəsmisindən ilginc ismarıc

    PA rəsmisindən ilginc ismarıc ...

    15-02-2017, 00:20

  • 
  • Prezidentdən yeni Sərəncam

    Prezidentdən yeni Sərəncam ...

    8-02-2015, 12:49

  • 
  • Prezident İlham Əliyev sərəncam verdi-DƏYİŞİKLİK

    Prezident İlham Əliyev sərəncam verdi-DƏYİŞİKLİK ...

    4-11-2014, 18:43

  • 
  • İlham Əliyev daha bir dəyişikliyə imza atdı - SƏRƏNCAM

    İlham Əliyev daha bir dəyişikliyə imza atdı - ...

    16-12-2014, 21:17

  • 
  • Gömrüklə bağlı iki sərəncam verildi - İlham Əliyev

    Gömrüklə bağlı iki sərəncam verildi - İlham Əliyev ...

    3-11-2014, 22:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu