Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranda yanğın olub.
Gündəm Xəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində restoranının mətbəxində 1 ədəd kartofbişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın "Azdram"ın yanındakı "Şaurma" restoranında baş verib. İşçilər təxliyyə edilib, 24 saat fəaliyyət göstərən müəssisənin işi dayandırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?