Hacı Cavad məscidinin sökülməsində fəal iştirak edən məmurlardan biri dünyasınını dəyişib.
İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün verdiyi məlumata görə, Hacı Cavad məscidinin sökülməsindən cəmi bir neçə gün sonra aprelin əvvəlindən bəri bu prosesdə fəal iştirak etmiş, Yasamal RİH sabiq başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri, məscidin yerləşdiyi ərazi üzrə 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əhmədov səhər saatlarında iş otağında gözlənilmədən vəfat edib.
Qeyd edək ki, bu il aprelin əvvəlindən sökülməsi barədə məsələ gündəmə gəlmiş, Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidi iyunun 30-dan 1-nə keçən gecə söküldü.
İlk günlər ibadətgahın sökülməsinə edilən cəhdlər məscid icması tərəfindən kəskin etirazla qarşılanmışdı. O zaman Prezident İlham Əliyev Hacı Cavad məscidi ilə bağlı problemin ciddi araşdırılmasına göstəriş verdi. Nəhayət, iyun ayında məscidin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində təməlinin qoyulmasına qərar verildi. |olke.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?