Şanlıurfada 33 yaşlı Ş. adlı qadının rəfiqəsinə "intihar edəcəyəm" mesajı polis, xilasetmə və təcili yardım əməkdaşlarını hərəkətə keçirib.
Hadisə axşam saatlarında Devteşti Məhəlləsində baş verib. Rəfiqəsindən gələn mesajla həyəcan keçirən qadın dərhal aidiyyatı orqanlara məlumat verib. Verilən ünvana gələn qruplar zəngi çalmağa başlayıblar. Cavab verən olmadığını görən səlahiyyətlilər qapını qırmaq istədikləri məqamda qucağında körpəsi olan Ş. qapını açıb. Ş. səlahiyyətlilərə rəfiqəsi ilə zarafat etdiyini söyləyib. Bundan sonra səlahiyyətlilər: "1 saatdır 3 fərqli qrup sizi xilas etmək üçün səfərbər olub. Belə zarafat olar?" , - deyərək qadına sərt reaksiya veriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?