GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Arvadını kirvəsi ilə tutdu, sonra... - Ağcabədidəki DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI

Arvadını kirvəsi ilə tutdu, sonra... - Ağcabədidəki DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI

Tarix: 22-07-2017, 13:19 Bölmə :Kirminal Baxış: 336
Arvadını kirvəsi ilə tutdu, sonra... - Ağcabədidəki DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI


Qısqanclıq zəmnində həmyerlisini öldürməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2015-ci ilin iyulun 12-də Ağcabədi rayonunun Aran kənd sakini Musa Əliyev kənd ərazisində həmkəndlisi İlham Həsənovu öldürüb.

Xəyanət

Musa Əliyevin evli olan doğma bacısı qızı Gülbəniz Həsənovanı əri İlham Həsənov həyətlərində Ramil Mehdiyev adlı şəxslə görüşərkən tutub və xəyanət etdiyinə görə 10 iyul 2015-ci il tarixində onu evdən qovub.

Ertəsi gün günorta saatlarında Gülbəniz Həsənovanın anası Sevil qardaşı - Musa Əliyevin evinə gəlib və ona qızının əri tərəfindən əsassız olaraq xəyanətdə günahlandırıldığını və evdən qovulduğunu bildirib.

Dava-dalaş

Bu zaman nahar edən Musa Əliyev 100 qram araq da içib. Sərxoş vəziyyətdə olan Musa Əliyev həmin gün saat 16.37-də İlham Həsənovun atası Zahid Həsənova zəng edib və onunla, həmçinin arvadı Almaz Həsənova ilə danışıb.

Musa Əliyev onlardan bacısı qızı ətrafında baş verənlərə aydınlıq gətirmək, həmin məsələni özünün bildiyi qanundan kənar yollarla həll etmək məqsədilə onları evinə dəvət edib. Lakin Almaz Həsənova onun dəvətinə rədd cavabı verib.

Yolda avtomobil oğurluğu

Bundan əsəbiləşən Musa Əliyev saat 17:15-də evindən çıxaraq İlham Həsənovun yaşadığı evə tərəf gedib. Həmin vaxt yolla ötüb keçən "VAZ 2107" markalı avtomobilin Ramil Mehdiyevin qardaşı Vidadi Mehdiyevə məxsus olmasını güman edib. O, Vidadiyə yetişərək qardaşının qeyri-əxlaqi hərəkəti barədə onunla söhbət etmək istəyib.

Musa Əliyev rayonun Aşağı Avşar kənd sakini Raqif Mamedovun yolda açarı üstündə qoymaqla saxladığı "VAZ 21099" markalı avtomobili görüb və onu sürərək Vidadinin "VAZ 2107"-nin arxasınca hərəkət edib. Bununla da o, Raqifdən icazə almayıb və tamah məqsədilə avtomobili ələ keçirib.

Musa Əliyev ələ keçirdiyi avtomobillə "VAZ 2107"-ni təqib edib və avtomobilin Vidadi Mehdiyevə məxsus olmadığını bilib.

Sonra o, qaçırdığı "VAZ 21099" markalı avtomobili İlham Həsənovun evinə tərəf sürüb və yolda bacısı oğlanları Elnur Hüseynov ilə İsmayıl Quliyevi görüb. O, hər iki bacısı oğlanlarını avtomobilə mindirib.

Kirvəsi ilə görüşüb, ona xəyanət edib

Daha sonra dayı və bacıoğlanları İlham Həsənovun yaşadığı evə gəliblər. Musa Əliyev İsmayıl Quliyevlə birlikdə həyətə girib. Onlar Həyətdə olan İlham Həsənov, onun atası Zahid Həsənov və digərləri ilə görüşüblər.

Sonra onlar masa arxasında əyləşiblər. Bu zaman Musa Əliyev nə baş verdiyini soruşub. İlham Həsənov arvadı Gülbəniz Həsənovanın evlərinin həyətyanı bağ sahəsində pəncərənin qarşısında kirvəsi Ramil Mehdiyevlə görüşdüyünü, ona xəyanət etdiyini söyləyib.

Mübahisəli araşdırma və qətl

Bu zaman Musa Əliyev həmin yeri ona göstərməsini bildirib. Onlar birlikdə evin həyətyanı bağ sahəsinə gediblər. Orada Musa Əliyevlə İlham Həsənov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Musa Əliyev İlham Həsənovun onun bacısı qızının ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək bunu özünə qarşı təhqir kimi qiymətləndirib. O, İlhamı öldürmək qərarına gəlib.

Musa Əliyev İlhama "Gülbənizi orada Ramil Mehdiyevlə birlikdə tutmuşdunsa niyə görə ikisini də öldürmədin" deyə sual edib. Həmçinin "ay oğraş sənin qeyrətin, namusundu, sən öldürməliydin" deməklə mübahisə yaradıb.

Sonra Musa Əliyev özündə olan bıçaqla İlham Həsənovu vurub. Yaralı olan İlham onun əlindən çıxıb və yaşadığı evin həyətinə qaçıb. Bu zaman Musa Əliyev onun dalınca gedib, ona daha bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Üç maddəli cinayət işi və məhkəmə araşdırması

İstintaq orqanı Musa Əliyevi Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddələrilə ittiham edib.

Musa Əliyevin barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Nə qədər zərbə vurduğumu dəqiq deyə bilmərəm"

İttiham üzrə özünü təqsirli bilən Musa Əliyev bildirib ki, hadisə zamanı sərxoş olub: "Həmin vaxt içkili idim, həm də bərk əsəbiləşmişdim. Sonradan həyətdə İlham Həsənovun məhz bədənin hansı nahiyəsinə vurduğumu dəqiq deyə bilmirəm".

Musa Əliyev ifadəsində əlavə edib ki, İlham Həsəmovu təhqiramiz ifadələrinə görə öldürüb: "İlham Həsənovun həmin təhqiramiz sözlərindən bərk əsəbiləşdim. Onu öldürmək qərarına gəldim. Həmin məqsədlə də, şalvarımın sağ cibindəki qatlanan bıçağı çıxarıb əlimdə tutdum. Həmin anda İlham Həsənov qaçıb məndən aralaşmaq istədi. Bıçaqla onun başına, sağ böyrünə zərbə endirdim. İlham yıxılmadı, həyət tərəfə qaçdı. Həyətdə ona çatıb kürəyinə də zərbə endirdim".

"Oğlum gəlinimdən şübhələnmişdi"

Cinayət işi üzrə şahid qismində ifadə verən Zahid Həsənov deyib ki, 10 iyul 2015-ci ildə, saat 22 radələrində evdə yatarkən səs-küyə ayılıb və həyətə çıxıb: "Bu zaman oğlum İlham Həsənovla kirvəmiz Ramil Mehdiyevin həyətdə dalaşdığını, gəlinim, yəni İlhamın arvadı Gülbənizin isə yalvararaq İlhamdan onları bağışlamasını xahiş etməsini gördüm. Oğlu İlham buna kimi Gülbənizin ona Ramillə xəyanət etməsindən şübhələnmişdi. Ona görə də həmin gün onları izləyib və bir yerdə tutub".

"Evimizi yandıracağını söylədi"

Zahid Həsənov qeyd edib ki, bu hadisədən sonra İlham Gülbənizin anası Sevilə zəng edib: "Sevili evə çağırdı və dedi ki, qızı xəyanət etdiyi üçün onu saxlamayacaq. Sevil də qızını özü ilə apardı. Ramilin hərəkətlərindən isə arvadım Almaz "102" xidmətinə zəng edərək şikayət verib. İyulun 12-də qardaşım Zöhrab Həsənov arvadı Nabat Həsənova, öz oğlu Fuadın arvadı Tünzalə Həsənova, Tünzalənin qardaşı Cəsarət Süleymanov bizə gəldilər. Bir müddət sonra isə arvadımın şikayəti üzrə araşdırma aparan sahə müvəkkili Pərviz Seyidov gəldi. Bu arada mənə Gülbənizin dayısı Musa Əliyev zəng etdi, oğlum İlhamla Gülbəniz arasında nə baş verdiyini soruşdu. İlhamın yatdığını dedim. Sonra dəstəyi arvadım Almaz götürdü və Musa ilə danışdı, Musa bizi evinə çağırdı. Lakin arvadım onlara getməkdən imtina etdi. Onda Musa gəlib evimizi yandıracağını söylədi. Bu barədə sahə müvəkkili Pərviz Seyidova bildirdim. Sahə müvəkkili də Musanın bu hərəkətindən şikayət etmək hüququmuzun olduğunu bizə izah etdi".

Zahid Həsənov daha sonra ifadəsində Musa Əliyev və bacısı oğlanlarının onlara gəlməsindən, habelə baş verən qətl hadisəsindən danışıb.

İşin halları araşdırılaandan sonra məhkəmə hökm elan edib. Məhkəmə Musa Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrini həmin məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edib.

Məhkəmə Musa Əliyevi Cinayət Məcəlləsinin 120.1 və 185.1-ci maddələri ilə təqsirli bilib və onun barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Bu hökmdən prokurorluq apelyasiya protesti verib. Prokurorluq Musa Əliyevi Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 185.1-ci maddələri ilə təqsirli bilinməsini və cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin Musa Əliyev də apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hər iki tərəfin şikayəti Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti təmin olunmayıb.

Bu qərardan prokurorluq kasasiya protesti verib. Prokurorluğun protestinə Ali Məhkəmədə İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb. Prokurorluğun protesti təmin edilib və Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. İş yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Yaxın günlərdə Şirvan Apelyasiya Məhkəməsində prokurorluğun protestinə baxılacaq./Publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevin köməkçisinin şəriki ölkədən qaçıb

    İlham Əliyevin köməkçisinin şəriki ölkədən qaçıb ...

    30-07-2015, 23:59

  • 
  • Musa Yaqubun səhhəti pisləşib

    Musa Yaqubun səhhəti pisləşib ...

    15-06-2013, 00:18

  • 
  • Ər əmisi qızı olan arvadını öldürüb

    Ər əmisi qızı olan arvadını öldürüb ...

    14-07-2014, 13:04

  • 
  • 81 yaşlı qadın özünü öldürdü

    81 yaşlı qadın özünü öldürdü ...

    10-02-2016, 18:48

  • 
  • Prezident İlham Əliyevin bacısı oğlunun idman karyerası

    Prezident İlham Əliyevin bacısı oğlunun idman ...

    27-12-2016, 21:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu