Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) mərkəzi aparatı dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.
Gündəm Xəbər Nazirliyin Mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, hesabat dövründə aparılmış yoxlamalarla İnzibati Xətalar Məcəlləsinin 410.3-cü maddəsində nəzərdə tutulan inzibati xətalara yol verilməsi müəyyən edilməklə ümumilikdə 107,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş 4 büdcə təşkilatı üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər inzibati xətalara yol verməsi müəyyən edilən vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq Baş Prokurorluğun Mingəçevir şəhər, Lənkəran, Beyləqan və Laçın rayon prokurorluqlarına göndərilib.
Hesabat dövründə, həmçinin, Baş Prokurorluğun məktubları ilə baxılması üçün Maliyyə Nazirliyinə göndərilmiş müraciətlər üzrə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi üzrə inzibati ərazi dairəsində və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında, eləcə də, DMNX-ya daxil olmuş müraciət üzrə Neftçala Rayon İcra Hakimiyyətinin Neftçala Rayon Kommunal Müəssisələri Kombinatında araşdırmalar aparılıb və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib, habelə aşkar edilmiş nöqsanlar üzrə müvafiq tədbirlər görülməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktubla məlumat verilib.
2017-ci ilin I yarısında aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 321 vəzifəli şəxsə 258,3 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.
Sorğu
Yeni dizaynımız necədir?