GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Əli Həsənovun qatil nəvəsi Nail Allahverdiyev həbs edildi - ilginc detallar

Əli Həsənovun qatil nəvəsi Nail Allahverdiyev həbs edildi - ilginc detallar

Tarix: 8-08-2017, 12:18 Bölmə :Kirminal Baxış: 383
Əli Həsənovun qatil nəvəsi Nail Allahverdiyev həbs edildi - ilginc detallar


Dəhşətli qəzanı törədən deputat nəvəsi ilə yarışan sürücü də həbs olundu; Fazil Mustafa: “Faktdır ki, vəzifəli, imkanlı şəxslərin içərisində bir çoxları uşaqlarına nəzarəti itirib”


Bir neçə gündür ki, avqustun 3-də Heydər Əliyev Prospektində iki nəfərin ölümünə, iki nəfərin isə yaralanmasına səbəb olan ağır avtomobil qəzası ictimaiyyətin müzakirəsindədir. Məsələni aktual edən səbəblərdən biri hadisəni törədən şəxsin baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasıdır. Lakin hadisəni törədənin Nail Allahverdiyev olması heç də qəza günü ictimaiyyətə məlum olmadı.

Belə ki, başda Əli Həsənov özü olmaqla, ailə qəzanın Nail tərəfindən törədildiyini gizlətməyə çalışdı. Maraqlısı odur ki, bəzi şəxslər, o cümlədən deputat Astan Şahverdiyev mətbuata açıqlamasında əminliklə, dönə-dönə bildirdi ki, hadisəni törədən heç də Əli Həsənovun nəvəsi olmayıb. Deputat hətta bu kimi “yalan” məlumatı yayanları da qınamaqdan çəkinmədi. Ölkə.az saytına müsahibəsində deputat söyləyib:

“Qəza baş verən zaman Əli müəllimin nəvəsi orada olmayıb, öz evində olub. Bu bir hadisədir və hər kəsin başına gələ bilər. Mən yenə deyirəm ki, Əli Həsənovun nəvəsi həmin günü evində olub. Bunu sübut etmək üçün nə qədər şahid desən var. Azərbaycanda söz və mətbuat azadlığı varsa, bu o demək deyil ki, sən ağlına gələni yazmalısan. Deməzdim ki, bu cür yazıların arxasında təkcə müxalifətçilər dayanır. Əli Həsənovun cənab Prezidentə, dövlətə və dövlətçiliyə sadiqliyi bəzi adamları narahat edir”.

Növbəti gün Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında isə Astan Şahverdiyevin “şahid”liyi təkzib olundu. Belə ki, DİN-in mətbuat xidməti virtualaz.org saytına bildirib ki, “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyev olub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu birgə bəyanatında qeyd olunur ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

Birgə rəsmi məlumatda həmçinin aşağıdakılar da vurğulanıb:

“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”.

Nail Allahverdiyev artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan iki Türkiyə vətəndaşı cütlük Mutallib Tekiş və Songül Tekişin vəziyyətinin ağır stabil olduğunu öyrəndik. Müalicə aldıqları xəstəxanadan “Yeni Müsavat”a bildirildi ki, xanım artıq əməliyyat olunub:

“Vəziyyətləri stabil olaraq qalır. Xanım əməliyyat olunub və hazırda stasionar şöbəsindədir. Yoldaşı isə reanimasiya şöbəsindədir və müalicə alır”.


Astan Şahverdiyevə də zəng edərək, əminliklə söylədiyi məlum açıqlaması ilə bağlı münasibət öyrənmək istədik. Lakin o bildirdi ki, bu barədə heç bir fikir söyləmək istəmir.
Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl “Gelandewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov da həbs edilib.

Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, “Maqa” ləqəbi ilə tanınan M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. M.İsmayılovun Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.

Deputat Fazil Mustafa hadisə ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, proses əsnasında hüquq-mühafizə orqanları tərəfindən doğru bir addım atıldı: “Hər kəs qanun qarşısında bərabərdir. Bu, həm də profilaktik xarakterli bir addım idi. Ümumiyyətlə, qudurğanlığı məmur, iş adamı yaxud da yoxsulun obrazında ayırmaq doğru deyil. Qudurğanlıq, harınlıq bütün cəmiyyətlərdə hər bir təbəqəyə aid olan məsələdir. Təbii ki, məmurlar, vəzifəli şəxslər bu məsələdə daha çox məsuliyyət daşıyırlar ki, dövlət idarəetməsində bu kimi hadisələrin baş verməsi dövlətdə müəyyən insanların güvəninə təsir edir. Lakin bunu, bütövlükdə cəmiyyətdə maarifçilik yolu ilə yığışdırmaq lazımdır. ABŞ-da qiyməti 6-10 mindən yuxarı maşın sürən adama çox az rast gəlmək olar. Halbuki maşınların istehsalının çoxu elə Amerikaya aiddir. Eləcə də Almaniyada da bu cürdür. Maşın yarışdırmaq üçün bir yarışma var ki, Bakıda da keçirilir. Azərbaycan cəmiyyətinin psixologiyasından maşınla küçədə yarışmaq ənənəsini qaldırmaq lazımdır. Yarışmaq istəyirsənsə qatıl beynəlxalq yarışlara, ölkəmizə də medal gətir. Avtodayanacaqlarda saxlanılan avtomobillərin sayı kifayət qədərdir. Həbs edilən şəxslərin, imkanlı adamların nə qədər maşınları müsadirə olunub.

Müəyyən dərəcədə aydın olur ki, bunların hamısı şöhrət naminə maşın kolleksiyası yığırlar. İnsanlar gərək bir daha düşünsünlər ki, belə bir məsələnin sonu faciə ilə nəticələnir. Bu faciə nəticəsində çoxsaylı insanlara mənəvi zərər dəydi. Elə faciəni törədənlərin də ailələri əziyyət çəkirlər. Ona görə də bu məsələyə ”oldu, bitdi" kimi baxılmamalıdır. Gələcəkdə bu tendensiyanın qarşısını almaq üçün məsələ ətrafında sağlam müzakirələr aparılmalıdır. O məntiqlə yox ki, filankəs varlıdır və sairə. Bu cür yanaşma da cəmiyyətdə geniş yayılıb və doğru saymıram. Çünki biz, müasir, bazar iqtisadiyyatına uyğun bir cəmiyyətik və burada hər kəsin bərabər olması deyə şərt yoxdur. Kimsə varlı, kimsə kasıb olacaqsa qoy bu onun evinin içində hiss olunsun. İnsanlar hamıya aid olan yerlərdə, başqasına zərər vuracaq addımlar atmağa meyllənirlərsə, bunun cəzası çox sərt olmalıdır".

F. Mustafa deputat həmkarı Astan Şahverdiyevin də fikirlərinə münasibət bildirib:

“Faktı bilmirsənsə, fakt haqqında məlumatın yoxdursa bunu söyləmək doğru deyil. Hadisəni görmədən, dəqiq bilgili olmadan fikir söyləyib, hüquq-mühafizə orqanlarını yanıltmaq, onların işinə maneə yaratmaq olmaz. Məncə, kimliyindən asılı olmayaraq belə bir informasiya verməsi uğursuz bir addımdır. Bunu doğru hesab etmirəm”.

Deputat Əli Həsənovun nəvəsinə neçə il həbs cəzası verilə biləcəyinə də toxundu: “Burada 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Lakin digər amillər də ortaya çıxa bilər. Burada həm də ölən və türk vətəndaşları tərəfindən müəyyən dərəcədə mülki iddia da qaldırıla bilər. Bu, məhkəmənin müzakirə edəcəyi bir məsələdir. Ola bilər ki, cəza sərtləşdirilsin. Yeni nə isə qəbul olunarsa, bunun geriyə qüvvəsi yoxdur. O baxımdan da indiki vəziyyət təqribən 6 nəfərin ölümünə səbəb olmuş avtobus sürücüsünün vəziyyəti kimidir. Ancaq burada qaldırılan cinayət işində hadisə yerindən qaçma məsələsi də var. Bir nüans da var ki, yaralanma motivi olarsa və təcili yardım maşını ilə aparılıbsa, bu, tamam başqa situasiya yaradır və qaçma məsələsi kimi xarakterizə olunmaya bilər. Bunu da məhkəmə araşdıracaq. Bütövlükdə isə çox acınacaqlı hadisədir. Ümid edək ki, Azərbaycan cəmiyyətində bu hadisə başqa insanlara da dərs olacaq. Bu məsələdə valideynləri də tam qınamaq olmur. Faktdır ki, vəzifəli, imkanlı şəxslərin içərisində, çox adamlar uşaqlarına nəzarət etmək imkanını itirib. Bəlkə də bu insanları daha çox medianın öhdəliyinə buraxmaq lazımdır ki, cinayətkar fəaliyyətlə məşğul olma potensialı olan şəxslərin vaxtında aşkar edilməsi üçün medianın, hüquq-mühafizə orqanları ilə birlikdə səfərbər olmasına böyük ehtiyac var. Biz, yalnız cəza baş verdikdən sonra addımlar atmağa başlayıb, kimlərisə qınayırıq. Bu hadisə sadəcə olaraq mərkəzdə olduğu üçün bilindi. Kənarda isə onlarla qudurğanlıq hadisəsi baş verir. Bəzən heç polisi də saymayıb, təhqir edirlər. Ona görə də media ilə hüquq-mühafizə orqanlarının bəlkə də bir konfrans keçirməsi çox vacib olar”./report
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun nəvəsi məhkəmədə qəzadan danışdı: "Peşmanam"

    Əli Həsənovun nəvəsi məhkəmədə qəzadan danışdı: ...

    7-08-2017, 14:44

  • 
  • Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama — "Hazırda ailəsinin yanındadır"

    Əli Həsənovun nəvəsi ilə bağlı açıqlama — ...

    4-08-2017, 17:45

  • 
  • Əli Həsənovun nəvəsinə 12 il cəza düşür- YENİLƏNİB

    Əli Həsənovun nəvəsinə 12 il cəza düşür- YENİLƏNİB ...

    6-08-2017, 11:50

  • 
  • ​Əli Həsənov nəvəsinin məsuliyyətini bölüşmədi – “HÜQUQİ ÖLKƏDƏ MƏSULİYYƏT FƏRDİDİR”

    ​Əli Həsənov nəvəsinin məsuliyyətini bölüşmədi – ...

    7-08-2017, 11:54

  • 
  • Əli Həsənovun nəvəsinin “Galendewagen”i iki Türkiyə vətəndaşını da vurub -2 ÖLÜ, 2 YARALI

    Əli Həsənovun nəvəsinin “Galendewagen”i iki ...

    4-08-2017, 15:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu