Avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.
“Gündəm Xəbər” Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib. Görülən tədbirlər nəticəsində F.Nuriyev tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb. sumqayitxeber.com qatilin fotolarını əldə edib. Həmin fotoları “gundemxeber.az-ın oxucularına təqdim edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?